Yuxarı

ABŞ-dan Türkiyəyə F-35 şoku: Akt qəbul edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasında Milli Müdafiə Təqdimatı Aktı qəbul edilib.

Axar.az xəbər verir ki, qəbul edilən aktın Türkiyəyə aid olan müddəalarına əsasən, müdafiə nazirindən Ankara ilə münasibətlərin vəziyyəti barədə bir hesabat hazırlanması və buna qədər F-35 təyyarələrinin satışının təxirə salınması nəzərdə tutulub.

ABŞ Senatının Silahlı Qüvvələr komissiyası da sözügedən aktın digər versiyasını qəbul edib və Türkiyənin F-35 proqramından çıxarılmasını tələb edib. Komitədən sonra Senatda da akt qəbul edilərsə, hər iki qanunverici orqanın nümayəndələri bir yerə toplanıb iki fərqli versiya üzərində müzakirələr aparacaq və yekun qərar qəbul ediləcək.

Məsələ ilə bağlı Türkiyə tərəfinin cavabı gecikməyib. Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ Konqresindəki F-35 qərarı ilə bağlı açıqlama verib. Aksoy bu tip addımların atılacağı halda Türkiyənin cavab verməyə məcbur qalacağını bildirib. XİN sözçüsü həmçinin ABŞ-dan gələn nümayəndə heyəti ilə bu gün Menbiç məsələsi ətrafında müzakirələrin aparıldığını qeyd edib.

Xatırladaq ki, bu qətnamə layihəsi qısa zaman əvvəl Türkiyə üçün istehsal edilmiş ilk F-35 təyyarəsinin görüntülərinin yayılması fonunda qəbul edilib.

Tarix
2018.05.25 / 13:45
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla