Yuxarı

Ərəbistan Almaniyaya sanksiya tətbiq edir – İrana görə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı alman şirkətlərinə verdiyi sifarişləri dayandıracaq.

Axar.az xəbər verir ki, bu barədə dövlət müəssisələrinə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tapşırıb. Ər-Riyadın sanksiya tətbiq etdiyi şirkətlər sırasına “Simens”, “Bayer” və “Boehringer” kimi şirkətlər daxildir.

Ərəbistan Ər-Riyad və Ciddəyə yüzlərlə avtobus tədarük etməli olan “Daimler” şirkətinin xidmətindən də imtina edib.

“Der Şpigel” jurnalı öz mənbələrinə istinadən sanksiyalarla bağlı məlumatı təsdiqləyib:

“Bu sanksiyaların ağır nəticələri səhiyyə sahəsində artıq hiss edilir. Sifarişlərdən ilk növbədə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi imtina edir”.

Qeyd edək ki, Almaniya ilə Səudiyyə Ərəbistanı münasibətlərindəki soyuqluq bir neçə ildir davam edir. Bir neçə ay əvvəl Qərb ölkələrinə səfərə gedən Məhəmməd bin Salmanın yeganə baş çəkmədiyi ölkə də məhz Almaniya olub.

Ər-Riyadla Berlinin mövqeləri xüsusilə İran məsələsində üst-üstə düşmür. Belə ki, Berlin Səudiyyə Ərəbistanından fərqli olaraq İranla nüvə sazişinin ləğvini istəmir. Bu isə Tehranı özü üçün təhdid kimi görən Ər-Riyadın maraqlarına cavab vermir.

Tarix
2018.05.26 / 10:05
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla