Yuxarı

Paşinyandan növbəti hücum: Meriyada yoxlamalar başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yeni hökuməti Serj Sərkisyanın Respublika Partiyasının hakimiyyətdəki son dayağı olan İrəvan merinə qarşı yeni hücuma başlayıb.

Axar.az xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti meriyada yoxlamalara start verib. Yoxlamaların daha çox mer Taron Markaryanın rəhbərlik etdiyi İrəvan Fondu ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Markaryana qarşı hücumlar şiddətlənib. Nikol Paşinyanın baş nazir seçilməsindən sonra onun tərəfdarları bir neçə həftə İrəvan meriyası önündə etiraz aksiyaları keçiriblər. Aksiyalara xüsusilə Vətəndaş Müqaviləsi Partiyasının həmsədri Alen Simonyan öndərlik edib. Lakin Markaryan sonradan Simonyanı İrəvan Şəhər Şurasından uzaqlaşdırmağı bacarıb və öz postunun təhlükəsizliyini təmin edib.

Sonrakı müddətdə Markaryana qarşı hökumətin təzyiqləri daha da artıb. Hökumət bu dəfə İrəvan Fondunu hədəf seçib və burada ciddi maxinasiyalara yol verildiyini iddia edib. Markaryan isə öz növbəsində bu fond vasitəsilə həyata keçirdiyi korrupsiya fəaliyyətlərini gizlətmək üçün fondu bağlayacağını söyləyib. Hökumət Markaryanın bu istəyi ilə razılaşmayıb.

Taron Markaryan Ermənistanın keçmiş hakim partiyasında böyük nüfuzu olan şəxsdir. Atası Andranik Markaryanın həm Respublika Partiyasının yaradıcılarından biri, həm də baş nazir (2000-2007-ci illər) olması və siyasi elitada ölümündən sonra da yüksək nüfuzunun qalması Taronun mer vəzifəsinə qədər yüksəlməsinə şərait yaradıb.

Tarix
2018.06.13 / 13:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla