Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyul 2018


Əfsanəvi komandirin çevriliş qəhrəmanına vəfası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusunun keçmiş xüsusi təyinatlı qüvvələr komandanı Zəkai Ağsaqqallının 15 iyul çevriliş gecəsinin qəhrəmanlarından hesab olunan şəhid Ömər Xalisdəmirin xatirəsinə göstərdiyi ehtiram Türkiyə mətbuatında gündəmə çevrilib.

Axar.az xəbər verir ki, çevriliş gecəsi və “Fərat qalxanı” əməliyyatı zamanı göstərdiyi igidliyə görə “Əfsanəvi komandir” adlandırılan Ağsaqqallının tez-tez şəhid Ömər Xalisdəmirin qəbrini ziyarət etməsi mətbuat orqanlarında “böyük vəfa nümunəsi” kimi təqdim edilib.

Məlumata görə, Zəkai Paşa Ömər Xalisdəmiri hələ çavuş olduğu vaxtlardan tanıyıb və onu ordu sıralarında yüksəlməsi üçün həvəsləndirib. Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı hətta Xalisdəmirin imtahan cədvəlinə belə nəzarət edib. Çevriliş gecəsi də məhz Xalisdəmirə vətən xaini Semih Dərzini öldürməyi tapşıran general oğlu qədər sevdiyi əsgərinin xatirəsini unutmayıb.

Generalın yaxınlarının sözlərinə görə, Ağsaqqallı tez-tez şəhid Ömər Xalisdəmirin qəbrini ziyarətə gedir, məzarı başında “Fatihə” oxuyaraq ruhunu yad edir.

Xatırladaq ki, 15 iyul çevriliş gecəsi TSQ-nın Xüsusi Təyinatlı Qüvvələr Qərargahını ələ keçirmək üçün gələn vətən xaini general Semih Dərzini vuran Ömər Xalisdəmir bu hərəkəti ilə çevriliş gecəsinin qəhrəmanları sırasına adını yazdırıb.

Tarix
2018.07.12 / 15:28
Müəllif
Orxan Tağıyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

İran-Pakistan sərhədində atışma – Əsgər öldürüldü

Baykal Kılıçdaroğlu ilə İncə arasında seçim etdi

Rusiya dünyanın ən güclü raketinin görüntüsünü yaydı - Video

Tehrana ağır zərbə: Yaponiya da İrandan imtina edir

Rusiya cavaba hazırlaşır: Yüzlərlə ukraynalıya qarşı...

Bu ölkə pul vermir, onu qorumamalıyıq - Tramp

Nikol Bakının qara siyahısındakı şəxsə vətəndaşlıq verdi

Trampın Ərdoğandan istədiyi keşişin – Şok PKK planı

Türk aviasiyası 3 gün ard-arda vurdu

Rusiya dəhşətli sualtı silahının istehsalına hazırlaşır - Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla