15 gündə qarın piyini əridən içki
02:05
Ana səhifə Planet |
ABŞ-dakı prezident seçkilərində müdaxilədə ittiham edilən 12 rusiyalının Rusiyadan ekstradisiyasını tələb etmək çətin olacaq. Ona görə də Daxili Təhlükəsizlik Agentliyi İnterpola müraciət edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın müşaviri Con Bolton deyib.
“Xeyli demokrat onların ekstradisiyasını tələb edib. Lakin nə qədər ki ABŞ Rusiya ilə ekstradisiyada razılaşma əldə etməyib, onların təhvil verilməsi çətin məsələdir. Lakin ABŞ hər hansı addımlar atacaq. Bu, hər zaman mümkündür. Biz İnterpola müraciət edə bilərik”, - deyə müşavir bildirib.
Tarix
2018.07.16 / 08:00
|
Müəllif
Kamran Ədalət
|