Yuxarı

Bu ölkədə neonasist təşkilatlar qadağan edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç hökuməti krallığın ərazisində neonasist və irqçi təşkilatların fəaliyyətini qadağan etmək niyyətindədir.

Axar.az xəbər verir ki, “Şimal müqavimət hərəkatı” adlanan neonasist qrup ikinci ildir ki, Qotland adasında ölkənin “Almedalen” adlı siyasi elitasının illik ənənəvi qurultayında təhdid və təxribat məzmunlu bəyanatlarla çıxış edir.

Yaranmış vəziyyətdən hiddətlənmiş parlament partiyaları demokratiyanın millətçi və irqçi təşkilatlardan qorunması üçün müxtəlif təkliflər irəli sürüblər.

İsveç hökuməti Konstitusiyada təsbit edilmiş ifadə azadlığını pozmadan bu təşkilatların qarşısını almaq məqsədilə optimal yol tapıb. Onun nöqteyi-nəzərinə görə, ölkənin əsas qanununun dövlətə etnik, irqçi və digər səbəblərdən təqibə yol verən təşkilatların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı verdiyi hüquqdan istifadə etmək ən yaxşı üsuldur.

Krallığın ədliyyə naziri Morqan Yohansson jurnalistlərə müsahibəsində bəyan edib ki, belə olan təqdirdə neonasist və irqçi qrupların qanunla qadağan edilməsi Konstitusiyaya uyğun olacaq.

Qeyd edək ki, “Şimal müqavimət hərəkatı” inqilab yolu ilə İsveç, Finlandiya, Norveç, Danimarka və İslandiyadan ibarət Şimali Avropa Nasional-Sosialist Respublikası yaradılması məqsədini qarşısına qoyan təşkilat və siyasi partiyadır.

Tarix
2018.07.16 / 20:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla