Yuxarı

Paşinyanın müharibə qorxusu: Moskvadan son Qarabağ şərti...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağda müharibə qorxusu haqda danışması və orduya hazırlıq əmri verdiyini, hər şeyin nəzarət altında olduğunu bəyan etməsi erməni mediasında birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, erməni şərhçi Qarnik Qevorqyan Paşinyanın artıq ikinci dəfədir Qarabağla bağlı danışdığına diqqət çəkib:

“Paşinyan bu mesajlarla cəmiyyəti sakitləşdirməyə çalışır. Lakin reallıqda Qarabağ cəbhəsində vəziyyət gərgindir. Xüsusilə beynəlxalq platformada da münaqişə ilə bağlı yanaşmalarda təhlükələr hiss olunur. Təhlükə ilk növbədə Rusiyadan gəlir. Ötən ay Rusiya siyasətçiləri və ekspertlərindən ibarət qrup Azərbaycana baş çəkdi və Lələtəpə hündürlüyündə antiermənistan bəyanatlar səsləndirdi. Onlar tezliklə ərazilərin Azərbaycana qaytarılmasını tələb etdilər. Ruslar “Lavrov planı”nı nəzərdə tutur. İyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü. Görüşlə bağlı ATƏT-in Minsk qrupunun bəyanatında ilk dəfə “substantiv danışıqlar” fikri daxil edilib. Bu, Azərbaycanın tələbidir və görünür, beynəlxalq platformada Azərbaycanın tələbləri qəbul edilir”.

Erməni ekspert qeyd edib ki, buna paralel olaraq rusiyalı ekspertlər yaxınlaşan müharibədən bəhs edirlər.

“Bu mesajlar Ermənistanın ictimai rəyinə hesablanıb: əgər yeni müharibə istəmirsinizsə, “mərhələli həll variantına” razılaşın, əraziləri qaytarın. Bu, Rusiyanın istədiyi ssenaridir, lakin həmsədrlərin son bəyanatı Qərbin də bu ssenariyə razı olduğunu göstərir. Burada əsas sual Ermənistanın belə vəziyyətdə hansı resurslara malik olmasıdır. Misal üçün, Müdafiə naziri David Tonoyanın silahlı qüvvələrin inkişafı ilə bağlı ötən həftə təqdim etdiyi konsepsiya xəyaldan başqa bir şey deyil. Ümumilikdə dövlət idarəçiliyinin digər sistemlərinin də adekvatlılığı nəzərə çarpan deyil. İndiki halda diplomatiya mühüm əhəmiyyət kəsb edir, hərçənd, diplomatik korpusun beynəlxalq platformada Ermənistanın əleyhinə olan həll planına qarşı hər hansı fəaliyyət göstərdiyi görünmür. 2016-cı ilin “aprel müharibəsi”ndə Ermənistanın dövlət siyasətinin adekvat olmaması məğlubiyyətlə başa çatdı. Ehtimal ki, bu tarixdən dərin nəticələr çıxarılmayıb. Və məlumdur ki, tarixin təkrarlanmaq vərdişi var”, - deyə erməni ekspert vurğulayıb.

Tarix
2018.07.17 / 16:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla