Yuxarı

Amerikalılar texnikanı fikrin gücü ilə idarə edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyinin silahlı qüvvələrdə istifadə üçün yeni texnologiyalar hazırlayan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) "N3" proqramı çərçivəsində neyron interfeysinin hazırlanması ilə məşğul olacaq qrup toplayır. Proqramın məqsədi hərbçilərə informasiyanın beyin dalğaları vasitəsilə göndərilməsinə və qəbuluna imkan verəcək sistemlərin yaradılmasından ibarətdir.

Axar.az bildirir ki, "DARPA" ABŞ Silahlı Qüvvələrinə dünyanın digər orduları üzərində üstünlük qazanmağa imkan verən və hərbi sahədə tətbiq edilən qabaqcıl tədqiqatların dəstəklənməsi ilə məşğul olur. Pentaqon "N3" proqramı vasitəsilə insanlara fikrin gücü ilə robotları idarə etməyə və cavab almağa imkan verəcək sistem hazırlamaq niyyətindədir.

Sistemin hazırlanma prosesi 4 il təşkil edəcək və bir neçə mərhələdə onun effektivliyi, təhlükəsizliyi və imkanları müəyyənləşdiriləcək.

Bildirilir ki, nəticədə ABŞ hərbçiləri düşüncənin gücü ilə dronları, təhlükəsizlik sistemlərini və digər texnologiyaları idarə edə biləcəklər.

Agentlik mütəxəssisləri ümid edir ki, bu, ya bədəndən kənar, ya da burun vasitəsilə udmağa, yeritməyə və ya çıxarmağa imkan verəcək qurğu kimi həyata keçiriləcək.

"DARPА" biotexnologiyalar proqramının rəhbəri El Emondi bildirib ki, beyin mahiyyət etibarilə ətraf dünya ilə əlaqə üçün alət rolunu oynayacaq. "Təkliflərin təqdim edilməsi üçün müsabiqə 2018-ci ilin martında elan edilib, indi isə agentlik belə sistemi praktik yarada biləcək qruplar seçməyə hazırlaşır. "DARPA" "N3" proqramını informasiyanı eyni anda beyinin bir neçə nöqtəsində həm oxuyan, həm də yazan təhlükəsiz portativ neyron interfeys sistemi üçün yaradıb. Yüksək dəqiqliyə malik qeyri-cərrahi neyrotexnologiyanı əldə etmək çətin idi, lakin biotibb mühəndisliyi, neyroelm, sintetik biologiya və nanotexnologiyalar sahəsində bu yaxınlarda qazanılan uğurlar bizə ona nail olmağa imkan verəcək", - o əlavə edib.

Tarix
2018.07.19 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla