Yuxarı

ABŞ Türkiyəni sıxışdırır: Bakı hədəfdə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı rahib Brunsonun işi ilə bağlı Vaşinqton Ankaraya iqtisadi sanksiyalar tətbiq edə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Ceyhun Bozqurd Sputnik-in Türkiyə bölməsinə açıqlamasında deyib.

“Əgər Vaşinqton sanksiya tətbiq etməyi düşünərsə, Türkiyə müttəfiq deyil, düşmən ölkə olaraq qəbul ediləcək. Çünki ABŞ hər zaman düşmən ölkələrə sanksiya tətbiq edib. Misal olaraq İran, Venesuela...” - deyə jurnalist bildirib.

Bozqurd onu da əlavə edib ki, ABŞ Senatında Türkiyə ilə bağlı təklif edilən qərar sadəcə Türkiyəni yox, bütün türk dünyasını hədəf alır:

“Burada Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan hədəfdədir. Bu ölkələrin Türkiyə ilə ortaq xüsusiyyətləri hansılardır? Bu ölkələr İran və Rusiya ilə normal münasibətlərə malikdir. Yəni ABŞ adminitrasiyası bu ölkələri öz nəzarətinə almağı düşünür. Məhz İran və Rusiyanı sıxışdırmaq üçün... Məsələn, Azərbaycana gəlikdə, Bakı ilə Vaşinqtonun bəzi məsələlərdə qarşı-qarşıya qaldığını görürük”.

Qeyd edək ki, amerikalı rahib Brunsonun uzun zamandır ki, Türkiyədə həbsdə saxlanılmasına qarşılıq olaraq ABŞ Senatında Türkiyənin beynəlxalq fondlardan borc almasını qadağan edən qanun layihəsi təklif edilib.

Tarix
2018.07.20 / 20:09
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla