Yuxarı

ABŞ Türkiyəyə 180 gün vaxt verdi - İrana görə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə nazirinin müavini Marşal Billinqslinin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara ilə İrana qarşı sanksiyalar məsələsinin müzakirəsinə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Tərəflər ABŞ-ın İrana qarşı sanksiyaları və bunun Türkiyəyə təsirini müzakirə ediblər. İran Türkiyənin həm iqtisadi, həm də ticarət baxımından vacib qonşusudur. Buna görə də Ankara Vaşinqtonun Tehranla münasibətlərini diqqətlə izləyəcək”, – deyə agentliyin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəsi deyib.

Agentlik həmçinin Billinqslinin Ankarada jurnalistlərə verdiyi açıqlamalarına da diqqət yetirib. Belə ki, açıqlamalarında Billinqsli Türkiyə ilə danışıqların pozitiv formatda keçdiyini bildirib:

“Rəhbərlik etdiyim nümayəndə heyəti Türkiyənin ABŞ-ın müttəfiqi olduğunu nəzərə alaraq Ankaraya gəlib. İki ölkənin maliyyə nazirlikləri arasında sıx əməkdaşlıq var. Ankara ilə dünyada terrorizmin ən böyük sponsoru olan İranı müzakirə etdik. Türkiyə İranın qonşusudur və Tehranla ticarət məsələləri, sözsüz ki, Ankara ilə müzakirə edilməlidir. Çox az vaxtımız qalıb. Türk bankları və şirkətləri 180 gün ərzində özlərinin addımları haqqında düşünməlidir. Biz bu istiqamətdə dəqiq addımların şahidi olmalıyıq. Bizim qərarlarımız bundan asılı olacaq”.

Tarix
2018.07.21 / 09:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla