Yuxarı

Tiflis savaş anonsu verdi: Putini 2007-də dinləmədik…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Gürcüstan və Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyi ciddidir və o, xüsusi diqqət tələb edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

“2007-ci ildə Putinin başlatdığı ritorika 2008-ci illə yekunlaşdı. 2007-də Münhen sammitində Rusiyanın xarici siyasət prioritetləri acıqlandı və orada açıq şəkildə bildirildi ki, Rusiya özünün maraq dairəsində olan bölgələrdə adekvat addımlar atacaq. Buna diqqət edilmişdimi? Nə 2007, nə 2008, nə 2009, nə 2010-da buna diqqət edildi. 2014-cü ildə Krım böhranı yaşanana qədər biz gözlədik. Buna görə də Rusiyanın mövqeyi diqqətdən kənarda qalmamalıdır. Putinin nə dediyinə diqqət etməmək doğru olmazdı. Mart ayında ABŞ-da olanda buradakı partnyorlarımızın Rusiyanın bəyanatlarını diqqətə almadıqlarını gördüm. 2007-ci ildə də Rusiyanın Münhendəki bəyanatını dinləməmişdik”, – deyə o bildirib.

Qeyd edək ki, Putin bundan öncə NATO-nun Gürcüstan və Ukraynanı öz tərkibinə qəbul etməsini Moskvanın qəbul etməyəcəyini bildirmişdi.

Tarix
2018.07.21 / 16:07
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla