Ölkədən valyuta çıxarmaq şərti dəyişdi
17:42
Ana səhifə Planet |
Misir Xarici İşlər Nazirliyi İsrail dövlətinin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununa sərt reaksiya verib.
Axar.az xəbər verir ki, nazirlik yaydığı yazılı açıqlamada irqçi anlayışları təbliğ edən qərarın qəbuledilməz olduğunu bildirib. Həmçinin qanunun Fələstin-İsrail arasında sülhün bərpa edilməsi istiqamətindəki imkanları zəiflətdiyi vurğulanaraq, beynəlxalq qərarlarla sabit olan fələstinli qaçqınların geriyə qayıtma haqqına da mənfi təsir etdiyi vurğulanıb.
Qeyd edək ki, bir neçə gün öncə İsrail parlamenti dövlətin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununu qəbul edib.
Tarix
2018.07.21 / 23:34
|
Müəllif
Nərmin Əkbərli
|