Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
03:03
Ana səhifə Planet |
Güclü yağış Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib.
APA-nın məlumatına görə, çay səviyyəsinin qalxması nəticəsində Siqnaxi və Laqodexi rayonlarının 4 kəndində daxili yolları və yaşayış evlərini su basıb.
Fövqəladə halların İdarə olunması Xidməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirləri davam etdirir.
Gürcüstanda qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Fövqəladə halların İdarə olunması Xidməti və digər aidiyyatı qurumlar xüsusi rejimə keçiblər.
Tarix
2018.07.22 / 22:02
|
Müəllif
Axar.az
|