Yuxarı

Yakışıklı: Görüşdə Əli Həsənov dedi ki... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yayımlanan regional və beynəlxalq media orqanlarında çalışan 40 jurnalist Anadolu Yayımçılar Dərnəyinin təşkil etdiyi layihə çərçivəsində Bakıda 15 iyul çevriliş cəhdi barədə bir sıra konfrans və tədbirlər keçiriblər.

Axar.az xəbər verir ki, tədbir çərçivəsində Bakıda qonaq olan jurnalistlərdən “Yeni Akit” nəşrinin məşhur yazarı Hacı Yakışıklı da səfər təəssüratlarını oxucularla bölüşüb.

Türkiyəli həmkarlarımız əvvəlcə Bakıda Türkiyə səfirliyinin binasında təşkil olunan naharda səfir Ərkan Özoralla görüşüblər. Səfir Özoral Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin hər sahədə inkişaf etdiyini xatırladaraq, qarşılıqlı turizm potensialının da artırılmasının vacibliyini qeyd edib.

Daha sonra media qurultayı çərçivəsində jurnalistlər, Şəhidlər Xiyabanını da ziyarət edərək şəhidlərimizin məzarı üstünə gül qoyublar. Türk jurnalist Hacı Yakışıklı həmkarları ilə birlikdə Azərbaycan mətbuatının yaranmasının 143-cü ili qeyd olunan gündə bizi yalnız buraxmadıqlarını bildirib.

Azərbaycanda Milli Mətbuat günü münasibətilə təşkil olunan bayram tədbirlərində iştirak etdiyini burğulayan Yakışıqlı Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhana ölkələrimiz arasındakı media münasibətlərinə verdiyi tövhələrə görə mükafat təqdim olunduğunu da qeyd edib.

“Siyasətdə münasibətlərimiz çox yaxşı gedirsə, mətbuatımızın da münasibətləri çox yaxşı olacaq. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilk ziyarətini Azərbaycana etdi. Dolayısı ilə bizlər də mətbuat camiəsi olaraq münasibətlərimizi daha da inkişaf etdirməli olduğumuzun fərqindəyik”, - o deyib.

“Yeni Akit” yazarı Bakı səfərinə həsr olunmuş yazısında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun jurnalistlərlə görüşünə də xüsusi yer ayırıb. Əli Həsənov Türkiyə mətbuatını yaxından izlədiyini qeyd edib:

“Dövlətlərimiz həmişə eyni tərəfdə dayanırlarsa, səfirlik və diaspor təşkilatlarımız birlikdə hərəkət edirlərsə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bütün mövzularda ölkələrimizin mənfəətlərinə uyğun şəkildə addımlar atırlarsa, media qurumları da ortaq çalışmalıdır. Jurnalistlər də hər iki ölkənin strateji proqramı, dövlət başçılarının müəyyən etdiyi yola uyğun şəkildə davranmalı, prinsipləri istiqamətində hərəkət etməlidirlər. Bunu unutmamalıdırlar ki, hansı şərtlərdə olursa olsun, hər iki dövlətin, xalqın mənfəəti diqqətə alınmalı və münasibətlərin güclənməsinə tövhə verməlidirlər”.

Tarix
2018.07.23 / 12:15
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həll olunması bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla