Yuxarı

Akşənər istefa verdi: İYİ MHP-yə birləşə bilər? – Rəy

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İYİ Partiyasının sədrinin istefası əslində müəyyən qədər proqnozlaşdırılırdı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, partiya yarananda çox böyük hədəfləri var idi:

“Belə bir ehtimal irəli sürülürdü ki, prezident seçkilərində Ərdoğanın əsas rəqibi məhz Maral Akşənər olacaq. Amma bu baş vermədi. CHP-nin namizədi irəli çıxdı və daha güclü bir seçki kampaniyası keçərək, Akşənəri xeyli üstələdi. Doğrudur, İYİ Partiyası paralel olaraq, parlament seçkilərində 10%-lik baryeri keçdi və parlamentdə 40-dan çox yer qazandı. Amma partiya sədri öz hədəflərinə çata bilmədi. Öz hədəfinə çata bilməyən partiya sədri də normal ölkələrdə istefa verməlidir”.

Politoloq vurğulayıb ki, bütün bunlar Maral Akşənərin tamamilə siyasətdən getdiyi anlamına gəlmir:

“Partiyanın yeni qurultayının keçirləcəyi gözlənilir. Türkiyə tarixində belə hallar çox olur. Seçkidə məğlub olan partiya lideri istefaya gedir, amma müəyyən zaman gözləyir. Zamanı gələndə ola bilsin ki, yenə Akşənər ya öz partiyasının liderliyinə qayıdacaq, ya da yeni partiya formalaşdıraraq öz sözünü deməyə çalışacaq. Yəni Akşənər hələ müəyyən müddət siyasətdə qalacaq”.

Politoloq İYİ Partiyasının bundan sonra MHP-yə birləşə biləcəyi ilə bağlı iddialara da münasibət bildirib:

“MHP-yə birləşəcəyinə inanmıram. MHP-dən öz sözlərini demək və Ərdoğana müxalif mövqedən çıxış edə bilmək üçün ayrılmışdılar. 40-dan çox millət vəkili olan İYİ Partiyası elə bu statusda da müxalifət partiyası kimi fəaliyyətini parlamentdə davam etdirəcək. Artıq partiyanın nüfuzdan düşməməsi üçün çalışacaqlar. Çünki bir neçə aydan sonra Türkiyədə bələdiyyə seçkiləri keçirilməlidir. Türkiyə üçün bələdiyyə seçkiləri çox vacibdir”.

Qeyd edək ki, dünən İYİ Partiyasının İdarə Heyətinin üzvü Fatih Əryılmaz Tvitter hesabında Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənərin sədr postundan istefa verdiyini yazıb. Onun sözlərinə görə, Akşənər fövqəladə qurultayda sədrliyə namizədliyini verməyəcəyini açıqlayıb.

Tarix
2018.07.23 / 14:53
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla