Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyul 2018


Yol polisi Klintonu cəzalandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Dövlət katibi olmaq İngiltərədə imtiyaz vermir

2016-cı ildə prezident seçkilərində Demokrat Partiyasından namizəd olacağı gözlənilən Hilari Klintonun Londonun mərkəzində park edilmiş avtomobili yol polisi tərəfindən cərimələnib.

Klintonun avomobili üçün 45 dəqiqə boyunca park ödənişi ödənmədiyinə görə yol polisi avtomobili cərimələmək üçün hərəkətə keçib. Polislər avtomobilin üzərinə cərimə kağızını yapışdırmaq istəyiblər. Ancaq Klintonun beş mühafizəçisi polisin qarşısını kəsərək buna mane olmağa çalışıb. Avtomobilin sahibinin kim olduğuna qulaq asmayan polislər bütün etirazlara baxmayaraq, cəriməni yazıblar. İngiltərədə cəzanın etibarlı olması üçün kağız avtomobilin üzərinə qoyulmalıdır. Qreq Brenanın çəkdiyi şəkildə polis işçisinin mühafizəçilərin varlığına baxmayaraq, sakit şəkildə cərimə kağızını aparıb avtomobilin üzərinə yapışdırmağı bacardığı görünür. Polis işçisi "qanunların üstünlüyünü sübut etdiyi" üçün ingilislərin rəğbətini qazanıb. Avtomobili 80 sterlinq (100 AZN) cərimə edilən Klinton həmin ərəfədə Çatham Hausdan mükafat alırdı. Avtomobilin cərimə edildiyi "Müqəddəs Ceyms Meydanı"nda avtomobil park etmək üçün ödənilməli olan yer pulu 3.30 sterlinqdir (4.13 AZN).

Tarix
2013.10.17 / 15:36
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İŞİD-çilər həbsxanadan qaçdı: Türkiyə MİT hərəkətə keçdi

İsrail Suriyaya aviazərbələr endirdi

Rusiya İrəvana 200 milyonluq silah verdi

Cənubi Amerika silkələndi: 5,2 bal...

İranda güclü zəlzələ: 101 bina dağıldı, 287 nəfər...

İYİ Partiyasında şok: Akşənər istefa verdi

Gürcüstanda güclü yağış fəsadlar yaratdı

Problemlərin əsas səbəbi İsrailin varlığıdır - Atalay

Kosmosda dövlət quran azərbaycanlı planlarını açıqladı

Kabildə partlayış: 9 ölü

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla