Yuxarı

Gürcüstanda leysan: Lars yolu bağlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 9-da və 10-da Gürcüstana yağan leysan yağışlar və dolu ölkənin bəzi bölgələrində bir sıra fəsadlar törədib.

Axar.az xəbər verir ki, Axmeti rayonunda evlərin zirzəmilərinə, ictimai-iaşə obyektlərinə su dolub, xırda sahibkarlara xeyli ziyan dəyib.

“Hərbi yol” kimi tanınan və Gürcüstanı Rusiyaya birləşdirən Mtsxeta-Stepantsminda-Lars yolu gecə saatlarında bağlanıb.

Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib ki, yolda Gürcüstan, Azərbaycan, Ukrayna, İran, Türkiyə və Ermənistana məxsus xeyli sayda minik və yük avtomobili qalıb. Axşam və bu gün səhər saatlarında aparılan xilasetmə tədbirləri nəticəsində artıq yol sel sularının gətirdiyi iri daşlardan təmizlənib, torpaq uçqunu olan ərazilərdə torpaqbərkitmə tədbirləri görülüb, magistral istifadəyə verilib.

Leysan yağışlar turistlərin ən çox üz tutduqları Kobuleti şəhərində də ciddi fəsadlar törədib. Bəzi evlərin birinci mərtəbələri, küçə və prospektlər su altında qalıb. Baş vermiş qasırğa nəticəsində və ehtiyatsızlıqdan bir neçə turist dənizdə batıb.

Gürcüstanın Pankisi dərəsində də sel suları ciddi problemlər yaradıb. Dolu meyvə və tərəvəz bağlarına xeyli ziyan vurub.

Hazırda Gürcüstan hökumətinin müvafiq strukturları ərazilərdə vəziyyəti öyrənir, təmir-bərpa işləri həyata keçirir.

Tarix
2018.08.10 / 20:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla