Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Avqust 2018


Ərdoğandan sərt açıqlama: ABŞ bizi dinləməsə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hər dəfə ehtiyac yarananda ABŞ-ın yardımına yetişib.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Nyu York Tayms” qəzetində dərc olunan məqaləsində əks olunub.

“Koreyada hərbçilərimiz amerikalılarla birgə vuruşub. Kuba böhranı zamanı Türkiyə torpaqlarında “Yupiter” raketlərinin yerləşdirilməsinə icazə verərək, ABŞ-ın böhranı aradan qaldırmaq cəhdlərinə yardım göstərdi. 11 sentyabr terror hücumlarından sonra Vaşinqton bu qəddarlığı edənlərə qarşılıq üçün dostlarını və müttəfiqlərini gözləyəndə, hərbi birləşmələrimizi Əfqanıstana göndərdik”, – deyə məqalədə bildirilib.

O qeyd edib ki, ABŞ Türkiyə xalqının narahatlıq səbəblərini anlamır və hörmət nümayiş etdirmir:

“Son illərdə iki ölkənin ortaqlığı ABŞ tərəfindən anlaşılmazlıqlarla sınanıb. Təəssüf ki, bu trendi tərsinə çevirmək cəhdlərimiz uğursuzluğa düçar olub. ABŞ Türkiyənin suverenliyinə hörmət nümayiş etdirib, millətimizin qarşı-qarşıya qaldığı təhlükələri anladığını isbat edə bilməsə, ortaqlığımız riskə girəcək”.

Ərdoğan məqaləsində FETÖ məsələsinə də toxunub:

“FETÖ-çular hökumətimə qarşı qanlı çevriliş həyata keçirməyə çalışdılar. O gecə milyonlarla vətəndaş, şübhəsiz ki, Perl Harbor və 11 sentyabr hücumlarından sonra amerikalıların etdiyi kimi vətənə bağlılıq hissi ilə küçələrə çıxdı. Uzun müddətdir mənim seçki kampaniyalarımı , Türkiyənin ikitərəfli anlaşma çərçivəsində Fətullah Gülənin ekstradisiyası üçün irəli sürdüyü tələblərdə də heç bir irəlləyiş əldə edilmədi”.

O, ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını yanlış qərar adlandırıb:

“Tramp Branson məsələsində hüquqi prosesə sayğı duymaq yerinə dost bir millətə qarşı təhdidlər yayımladı və Nazirlər Kabinetimizin iki üzvünə sanksiya tətbiq etdi. Bu qərar qəbuledilməz və məntiqsizdir. Hökumətimizi hüquqi prosesə müdaxilə etməyə məcbur etməyə çalışmaq Konstitusiyamıza və ortaq demokratik dəyərlərimizə uyğun deyil.

ABŞ bizi dinləməsə, bir daha öz göbəyimizi özümüz kəsəcəyik. 1970-ci illərdə Türkiyə Vaşinqtonun etirazlarına rəğmən Kipr yunanları tərəfindən türklərə qarşı soyqırımı əngəlləmək üçün Kiprə girdi. Son zamanlar Vaşinqtonun Suriyanın şimalından gələn milli təhlükəsizlik təhdidləriylə bağlı bizim narahatlığımızın ciddiyyətini anlaya bilməməsi İŞİD-in NATO sərhədlərindən uzaqlaşdırılmasına səbəb olan və YPG-nin Afrindən çıxarılmasına şərait yaradan iki hərbi əməliyyatla nəticələndi. Bu vəziyyətlərdə olduğu kimi bundan sonra da milli maraqlarımızı qorumaq üçün gərəkli addımları atacağıq”.

Tarix
2018.08.11 / 12:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

AB-dən yunan əsgərlərinin buraxılmasına reaksiya

Akşənərə daha bir pis xəbər: O da getdi

Rusiya razılıq verməsə, Əsəd Türkiyə sərhədinə... - Yuva

Branson buraxılmadı, Tramp çox hiddətləndi - Ağ Ev

İtaliyada faciə belə yaşandı: körpünün uçma anı - Video

Xəzərlə bağlı tarixi razılaşmanın Türkiyəyə xeyri...

ABŞ-la Türkiyə heç vaxt strateji müttəfiq olmayıb - Tarixi fakt

Ərdoğandan Abadiyə: Şiddət çıxış yolu deyil

Türkiyə iki yunan əsgəri ilə bağlı son qərarını verdi

Türkiyə-ABŞ gərginliyinə NATO-dan - Reaksiya

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla