Yuxarı

Türkiyə ABŞ-ı məhkəməyə verir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin polad istehsalçıları ABŞ-ı məhkəməyə verməyə hazırlaşır.

Axar.az xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın qərarı ilə Türkiyədən idxal edilən alüminium və poladın gömrük vergisini 2 dəfə bahalaşmasıdır.

Türkiyə Polad Federasiyasının rəhbəri Namiq Əkinçi Trampın qərarının ədalətsiz olduğunu deyib:

“Tramp rəhbərliyi seçkilərdə onlara dəstək olan yerli polad sektoruna xoş olsun deyə, xarici siyasətdə polad idxalından silah kimi istifadə edir. Trampın bu sanksiya qərarı ABŞ bazarından çox Türkiyəyə təsir göstərir. Təkcə Türkiyəyə qarşı iqtisadi sanksiya qərarı ABŞ qanunlarına və Ümumdünya Ticarət Təşkilatının qaydalarına ziddir. Bu dövr bizim 2-3 il ərzində ABŞ-a ixracı dayandırmağımız deməkdir. Buna görə də problemin siyasi yollarla həll edilməsini arzulayırıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərar qəbul edib. Sözügedən qərar 13 avqustdan etibarən qüvvəyə minəcək.

Tarix
2018.08.11 / 21:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla