Yuxarı

Ruslana Maydana pul qarşılığında gəlmişdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadan qayıtdıqdan sonra Maydanın dağıdılması xəbərləri yayıldı. Mənim müşahidə etdiyim müddətdə polislər kənardaydı, müdaxilə etmirdilər.

Amma indi izləyirəm ki, birdən-birə Maydana girdilər və hadisələrin məcrası dəyişdi.

Əslində orda, hadisələrin mərkəzində olarkən gedişatın belə olacağını təxmin etmək çətin idi. Çünki hakimiyyət, necə deyərlər təmkinli, mitiqçilər də kifayət qədər mədəni təsir bağışlayırdı...

Bu sonluq həm də gözlənilən idi

Həmkarlar İttifaqının ölkə boyu tətillərin başlayacağını bəyan etməsindən sonra tələbələrin meydana axması hadisələrdə aqressiya çalarının artacağını düşünməyə əsas verirdi.

Bir də dekabrın 1-də Ukraynanın müstəqillik günüdür və hakimiyyətin mitiqlərdə kütləviliyin daha çox olacağından narahatlıq keçirəcəyi, tədbir görəcəyi ehtimalı yaranırdı.

Hərcənd ki, Ukraynada kimsə hakimiyyətin istefasını istəmirdi. Adi vətəndaşından tutmuş siyasətçisinə qədər, hər kəsin fikri bu idi ki, Ukrayna öz seçimini etməlidir. Və bu seçim də Avropadır.

Hadisələr Bakıdan göründüyü kimi deyil

Birincisi, Ukraynada siyasət və müxalifliklə kasıblar məşğul olmur. Hadisələrin mərkəzində olarkən öyrəndiyim faktlardan biri o oldu ki, burada milyonlarla məbləğ fırlanır: mitinq başlayan ilk gündən yeməklə, içməklə, çadırlarla təminatda heç bir problem yox idi: sanki əvvəlcədən hazırlaşmışdılar. Halbuki Baş nazir Yanukoviçin AB "Şərq Tərəfdaşlığı"na assosiativ üzvlükdən imtinasının dərhal ardınca mitinqlər başlamışdı.

Bəs, bu qədər operativ təşkilatçılıq və maliyyə hardan gəlirdi?

Müşahidələrimiz, müsahiblərimiz yerli iş adamlarının mitinqə böyük paralar xərclədiyini deməyə əsas verirdi. Ancaq yenə və yenə də bu qədər sürətli operativliyin, mitinqin ilk saatlarında yüksək maddi təminatın səbəbini anlamaq çətindir.

Elə təəssurat yaranmasın ki, təminat təkcə ölkədaxili maliyyə hesabınadır. Maydana Avropadan da külli-miqdarda pullar axırdı.

Ruslana 100 minə gəlmişdi?

Ruslananın Maydanda iştirakını heç də fədakarlıq kimi qiymətləndirməyə tələsməyin. Ona Maydandakı çıxışına görə qonorar ödənilirdi. Hətta bəzi dairələrdə bu qonorarın 100 min olduğu da səsləndirildi.

Təbii ki, Ukrayna xalqının əzmini, ruhunu heçə saymaq qətiyyən doğru olmaz və kimsə də düşünməsin ki, orda hər kəs mitinqlərə pulla gətirilir. Orda iştirak edən tələbələrin bir qismi könüllü iştirakçı olsa da, pul qarşılığında gələnlər də yox deyildi. Xüsusən maddi durumu ağır olan insanların prosesdən kənarda qalmaması üçün belə bir üsula əl atılırdı.

Onlar nə istədiyini bilirdilər

Onu da deyim ki, hadisələrdə iştirakçı olanların əksəriyyəti nə istədiyini, niyə burda olduğunu bilir. Onlar Avropanı əldə etməyə çalışır. Tələbələr Avropada da işləmək imkanı istəyir, sadə vətəndaşsa düşünür ki, burda güzaranını düzəldə bilməsə, Avropaya üz tuta bilsin. Yəni sırf praqmatik maraqların üstün olduğu siyasət elə real dünyanın qaydalarına uyğun da aparılırdı.

Diqqəti çəkən başqa bir məqam...

...ondan ibarətdir ki, Lvov şəhərində iki universitetdə olduq. Çox az sayda müəllim vardı: bir necə dekan yardımçısı və kafedra müdirləri... Onlarla söhbətdən belə bəlli oldu ki, hətta rektorlar belə bu gün mitinqdə iştirak edir. Tələbələrin mitinqlərdə kütləvi iştirak etməsi də elə rektorlarla razılaşdırılıb.

Bakı-Kiyev-Xarkov-Lvov-Bakı

Tarix
2013.11.30 / 18:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla