Yuxarı

ABŞ-a Atatürk modeli ilə cavab - İnanılmaz təklif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə böhranıyla qarşılaşan Türkiyə bunun öhdəsindən gəlmək üçün Çin nümunəsi üzrə dövlət kapitalizmi iqtisadi modelinə keçməyə məcburdur.

Publika.az xəbər verir ki, bunu RİA-Novosti agentliyinə Energetika Bazarları Siyasəti İnstitutunun direktoru Volkan Özdəmir bildirib.

“Mənim nöqteyi-nəzərimdən liberal iqtisadiyyat Türkiyə üçün faydalı deyil. Biz dövlət kapitalizmi şəraitində çinlilərin necə müvəffəqiyyətli olduğunu görürük. Rusiyada da həmçinin dövlət kapitalizmi var və Türkiyə belə yolla getməlidir. Türkiyədə gənclərin payı böyükdür və bu, istehsal üçün böyük potensialdır. Amma inandırıcı deyil ki, özəl sektor üçün ondan istifadə etmək olar. Deməli, Türkiyə 1930-cu illərdəki Atatürkün iqtisadi siyasətinə qayıtmalıdır, yəni özəl sektor saxlanılmalıdır, amma dövlət sektoru ən əhəmiyyətli olmalıdır”, - Özdəmir deyib.

Onun sözlərinə görə, bugünkü iqtisadi modellə Türkiyə iqtisadiyyatdakı mənfi ssenarilərdən qaça bilməyəcək. Ekspert qeyd edir ki, Türkiyə iqtisadi siyasətində struktur dəyişikliyi lazımdır.

“Uzunmüddətli perspektidə Türkiyə öz iqtisadi modelini və siyasətini dəyişdirməlidir: daha az idxal, daha çox malı ölkə daxilində istehsal etmək, idxalatçıların iqtisadiyyatından eksportçuların iqtisadiyyatına keçmək”, - Özdəmir vurğulayıb.

Tarix
2018.08.14 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla