Yuxarı

İtaliyada faciə belə yaşandı: körpünün uçma anı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:34

İtaliyanın Genuya şəhərində avtomobil körpüsü qəfil çöküb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində xeyli sayda insan həlak olub.

Ölənlərin sayı barədə hələlik dəqiq məlumat yoxdur.

***

İtaliya Daxili İşlər Nazirliyi körpünün çökməsi nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb.

Qəza nəticəsində 20 nəqliyyat vasitəsi dağıntılar altında qalıb.

Hadisə yerinə 200 xilasetmə xidməti əməkdaşı cəlb edilib.

***

İtaliyanın şərqində yerləşən Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.

Bu barədə Rai News 24 telekanalı infrastruktur və nəqliyyat nazirinin müavini Edoardo Riksiyə istinadla məlumat yayıb.

Mülki Müdafiə Departamentinin məlumatına əsasən, insident nəticəsində azı 10 nəfər itkin düşüb.

Fransa Prezidenti Emmanuel Makron, Avstriya kansleri Sebastyan Kurts, Almaniya kansleri Angela Merkel və Çexiyanın Baş naziri Andrey Babiş artıq faciə ilə bağlı başsağlığı veriblər. Emmanuel Makron hadisə ilə əlaqədar İtaliyaya istənilən köməkliyi göstərməyə hazır olduğunu deyib.

***

İtaliyada Morandi körpüsünün çökməsi nəticəsində biri körpə olmaqla, 30 nəfər ölüb.

***

İtaliyanın Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

“Biz faciə qurbanlarının və yaralıların sayının artmasından qorxuruq. Çünki körpünün uçan hissəsinin dağıntıları arasında axtarışlar hələ də davam edir”, - deyə İtaliya Nazirlər Şurası yanında mülki müdafiə departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

***

İtaliyanın Genuya şəhərinin meri insan tələfatı ilə nəticələnən avtomobil körpüsünün uçmasından sonra 2 günlük matəm elan edib.

Tarix
2018.08.14 / 23:18
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla