Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Sentyabr 2018


ABŞ bu milyarderin təyyarəsini müsadirə edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziya hökuməti ABŞ tərəfinin sorğusu əsasında Sinqapurda saxlanan, milyarder Lou Tek Coya məxsus biznes-təyyarəni müsadirə etməyi planlaşdırır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, 1MDB Dövlət İnvestisiya Fonduna məxsus vəsaitin mənimsənilməsində şübhəli bilinən və daha çox Co Lou adı ilə tanınan milyarder hazırda həbsdə olan Malayziyanın sabiq baş naziri Nacib Razakın yaxın adamlarından hesab edilir.

Co Louya məxsus “Bombardier 5000 Global” təyyarəsi Sinqapurun hakimiyyət orqanları tərəfindən cari ilin fevralında 1MDB Fondunda mənimsəmələri araşdıran ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBR) sorğusuna əsasən saxlanılıb. Qəzetin yazdığına görə, fonddan oğurlanan vəsaitlərin böyük bir hissəsi ABŞ-da müxtəlif şəxslər və hesablar vasitəsilə yuyulub.

Bundan əlavə, Co Louya məxsus 250 milyon dollar dəyərində yaxta da Malayziya hökuməti tərəfindən müsadirə olunub.

Milliyyətcə çinli olan Co Lou Malayziya vətəndaşı olsa da həmin ölkəyə gec-gec gəlir. Əvvəllər o, əsasən ABŞ-da yaşayıb, Nyu York, Los-Anceles şəhərlərinin, o cümlədən Sinqapur və Honkonqun elit dairələrində məşhurluğu ilə seçilib. Təhqiqatın qənaətinə görə, Nacib Razakın yaxın dostu olan Co Lou fonddan oğurlanan vəsaitlərin yuyulması üçün maliyyə əməliyyatlarının əsas müəllifi olub.

Hazırda Co Lou beynəlxalq axtarışdadır. Onun Honkonqda olduğu güman edilir.

C.Lounun Malayziya ilə Çin arasında böyük infrastruktur layihələrinin imzalanmasında da əsas rol oynadığı barədə fikirlər var. Malayziyanın yeni hökuməti həmin layihələrdən imtina etmək niyyətindədir. Qəzetin yazdığına görə bu barədə Malayziyanın Baş naziri Mhathir Məhəmməd avqustun 13-də jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tarix
2018.08.14 / 19:36
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Şell”dən Kremlə: ABŞ-la rəqabət istəyirsinizsə...

İrandan ABŞ-a təhdid: Hörmüz bağlanacaq

Rusiya Suriyaya S-300-lərdən əvvəl bunu göndərdi

İŞİD Türküstana gəlir: Uzunmüddətli savaşlar olacaq

Navalnıya azadlığa çıxmağa imkan verilmədi – Yeni həbs

Köçəryan Paşinyanı məhkəməyə verdi: Şərəf və ləyaqət...

Səudiyyədən Türkiyəyə tarixi çağırış

Tramp küncə sıxışdırılır: Hindistandan dollar həmləsi

Türkiyəyə qarşı oyun: Əsəd 400 terrorçu göndərdi...

Moskva Kiyevi güdür: Hakimiyyət dəyişsə...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla