Yuxarı

Ermənilərin Türkiyəni işğal planı: Onminlərlə insan….

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra Azərbaycan torpaqlarının işğalına son qoymadan Türkiyə ilə diplomatik əlaqələr qurmağa çalışır. Türkiyədə də Azərbaycan amilini kənara qoyaraq, Ermənistanla münasibətlərin qurulmasını istəyən qüvvələr aktivləşib. Hərçənd, Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddialarının olduğu və 1915-ci il hadisələrini qondarma erməni soyqırımı adı altında təqdim edərək, Ankaradan təzminat almaq istədikləri məlumdur.

Axar.az Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəyin Publika.az-a müsahibəsini təqdim edir:

- Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları bu gün də davam edir. Siz zaman-zaman Türkiyə daxilində erməni diasporunun qurduqları oyunlar haqqında məlumatlar yayırsınız.

- Ermənilər tarix boyu türklərə qarşı xain hücumlar ediblər. Azərbaycan torpaqlarını işğal edən Ermənistan Türkiyəyə qarşı da ərazi iddialarını gizlətmir. Bu gün Türkiyədə 37,055 erməni ailəsi kürd, ələvi və türk adı altında gizlənir. 1915-ci ildə Osmanlıya qarşı separatçı addımlar atan daşnak və hınçak qruplaşmaları köçürüldü. Həmin vaxt getmək istəməyənlər türk adı altında gizləndilər. Türkiyə erməni camaatının vəkili Aram Ateşyan bir verilişdə Tunceli əhalisinin 90 faizinin erməni olduğunu etiraf edib. Türkiyənin müxtəlif bölgələrində 37,055 erməni ailəsi türk, kürd və ələvi adı altında gizlənərək yaşayırlar. Bunların siyahısı da var: Diyarbəkirdə 1000 ailə kürd, süryani və ələvi, Malatyada 3,655 ailə kürd, ələvi, Kayseridə 5000 ailə türk, Elazığda 1000 ailə kürd, ələvi, Vanda 4000 ailə kürd, Tuncelidə 2000 ailə kürd, ələvi, Şanlıurfada 3500 ailə kürd, ərəb, Siirtdə 1200 ailə kürd, ələvi, türk, Ərzincanda 1300 ailə kürd, ələvi, Sivasda 2000 ailə kürd, ələvi, Mardində 1500 ailə ərəb, Qəhrəmanmaraşda 3000 ailə kürd, ələvi, Adıyamanda 1600 ailə kürd, Adanada 2000 ailə kürd, ərəb və ələvi adı altında gizlənən kripto ermənilərdir.

Türk Tarix Qurumunun keçmiş rəhbəri, MHP-nin Kayseri millət vəkili Yusif Halaçoğlu yüzə yaxın erməni əsilli HDP və PKK üzvlərinin adlarını rəsmi sənədlərlə açıqlamışdı. Biz də illərdir gizlənən ermənilərin bölgələrimizdə gizli planlar qurduqlarını və erməni lobbisinə xidmət etdiyini dilə gətiririk. Dövlət tərəfindən bu erməni ailələrinin nəzarətdə saxlanılması vacibdir. Çünki İspaniyada və Şimali İraqda mərkəzi hökumətləri saymayaraq, müstəqillik referendumu keçirtdikləri kimi, gələcəkdə bu gizli ermənilər də PKK və digər terror təşkilatlarının dəstəyi ilə Şərqi Anadolu və cənub-şərqi bölgələrdə belə bir şeyə cəhd edə bilərlər. Onların “Qərbi Ermənistan” iddiaları da bunu deməyə əsas verir.

- Ermənilər Türkiyədə yaşayan həmşinlərin olduğunu iddia edirlər. Bu gün Həmşin bölgəsində hansı planlar qurulur?

- Erməni lobbisinin Həmşin bölgəsində (Rize və Artvin) apardığı gizli fəaliyyətin hədəfi Türkiyənin Qara dəniz bölgəsinin Ermənistana verilməsidir. Bu məqsədlə ermənilər Qara dəniz bölgəsində gizli plan qururlar. Erməni lobbisi Türkiyədə 200 min olan həmşinlilərin erməni olduğunu iddia edir. Erməni lobbisinin dəstəklədiyi bəzi yazarlar, dərnəklər və araşdırmaçılar Həmşin xalqına erməni olduqlarını deyərək, onları aldadır. Məqsəd Qərbi Anadoluda ərazi iddiası olan ermənilərin Qara dəniz bölgəsində də torpaq tələb etməsinə şərait yaratmaqdır. Bu işdə erməni lobbisinə HDP və DBP üzvləri, həmçinin, onların bələdiyyə sədrləri dəstək verir. Onlar gizli planla Qərbi Ermənistan xəyallarını həyata keçirmək niyyətindədirlər. Buna görə də Qara dənizin Həmşin bölgəsində (Rize, Artvin) yaşayan həmşinliləri uydurma tarix və coğrafi yaxınlıq məsələsini irəli sürərək aldadır, onların erməni olduğunu sübut etmək üçün gizli şəkildə fəaliyyət göstərirlər.

Bu plan Ermənistanda rəsmi dairələr və bölgədəki bəzi şəxslər tərəfindən birgə həyata keçirilir. Beynəlxalq fondların dəstəklədiyi müəyyən təşkilatlar həm Ermənistanda, həm də Türkiyədə simpoziumlar, konfranslar keçirirlər. Məqsəd “həmşinlilər ermənidir” rəyini formalaşdırmaq və ərazi iddialarının ilkin bazasını qurmaqdır.

- Ermənistan Türkiyəyə qarşı terror hücumları həyata keçirən PKK-ya da dəstək verir.

- Doğrudur, bu haqda kifayət qədər məlumat var. Misal üçün, PKK terror təşkilatının Ermənistanda iki dərnəyi və satın aldığı 2 mərtəbəli qərargahı var. PKK-ya aid mülklər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yanında yerləşir. Hətta binalar arası məsafənin 5-6 metr olduğu deyilir. Bu evlərdə ağır yaralanan terrorçular müalicə olunur, yüngül yaralananlar isə Şimali İraqda Bərzani rejiminin xəstəxanalarında müalicə olunurlar. Ermənistanla PKK arasında gizli anlaşma var. Bu anlaşmaya görə, Ermənistan PKK-ya hər ay müəyyən sayda viza verir. Terrorçular ayrılan viza sayına görə pasportlarını Ermənistanın Parisdəki səfirliyinə göndərirlər və oradan istədikləri ölkəyə gedirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə ən fəal yer Ermənistanın Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi xidmətlər də buradan təmin edilir. PKK liderlərindən Murat Karayılanın istifadə etdiyi telefon Ermənistan Xarici İşlər Nazirliyinin balansına aiddir.

Bundan başqa, Ermənistan PKK-ya hər cür yardım göstərir. Terrorçular həm İrəvan yaxınlığındakı düşərgələrdə, həm də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təlim keçirlər. Qarabağdakı təlimləri I Qarabağ müharibəsinin döyüşçüləri həyata keçirir. Bu terrorçular həm Azərbaycana qarşı döyüşdə istifadə olunur, həm də Türkiyəyə hücuma keçirlər.

Tarix
2018.08.15 / 18:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla