Yuxarı

İstanbulda saxlanılan gəmi ilə bağlı Rusiya hərəkətə keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:40

Təmir üçün İstanbula gələn "Streamline" yük gəmisi borc səbəbindən saxlanılıb, gəminin 11 rus ekipajı təxminən 2 aydır geri qayıtmayıblar.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dənizçilərinin Peşə Birliyinin sədri Aleksandr Rubtsov bildirib.

Rubtsov yük gəmisinin təmir üçün Moskva şəhərindən İstanbula getdiyini, gəminin daha sonra Rusiyaya geri dönəcəyinin planlaşdırıldığını deyib:

"Gəmi İstanbula gedəndə keçmiş sahibindən qalan borclar səbəbindən həbs olundu. Borcun məbləği təxminən 500 min dollardır. Gəmidə 11 ekipaj var, 9-u Moskva regionundandır. Təxminən 2 aydır gəmidən ayrılmırlar. Gəminin sahibi ilə əlaqə yaratmaq olmur".

***

Rusiyanın İstanbul Baş Konsulluğu Türkiyədə saxlanılan rus gəmisi ilə bağlı hərəkətə keçib.

Diplomatik mənbələrə əsasən, problemin həlli üçün səy göstərilir.

Konsulluğun sözçüsü Lyudmila Sadıkova bildirib ki, problemi həll etmək məqsədilə "Streamline"nin sahibi, həmçinin satış agentliyi ilə təmasa keçmək üçün səy göstəririk. Bununla yanaşı, liman rəsmiləri və xarici rəsmilərlə təmas qururuq.

Tarix
2018.08.16 / 23:15
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla