Yuxarı

Bu ölkədə daşqın qurbanlarının sayı 300-ü keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın cənubunda yerləşən Kerala ştatında musson yağışları səbəbindən baş verən daşqınlar nəticəsində həlak olanların sayı 324 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat yerli hökumətin rəsmi açıqlamasında yer alıb. Məmurlar baş verənləri “ölkədə son 100 ilin ən dəhşətli faciəsi” adlandırırlar.

Avqustun 8-də Hindistanın cənub və cənub-qərb rayonlarında başlayan yağışlar indiyədək davam edir. Təbii fəlakət nəticəsində 44 çay məcrasından çıxıb, bir neçə körpü dağılıb, onlarla yaşayış məntəqəsi su altında qalıb, 33 bənddə suyun səviyyəsi təhlükəli həddə çatıb. Ştatın bütün 14 rayonunda qırmızı təhlükə səviyyəsi elan olunub.

Avqustun 16-da Hindistan Hərbi Dəniz Qüvvələrinin cənub komandanlığı bütün təlimlərin dayandırılmasını, həmçinin zərərçəkən əhaliyə təcili yardım göstərmək üçün şəxsi heyətin və gəmilərin Kerala ştatına göndərilməsini əmr edib. Xilasetmə əməliyyatlarına ölkənin Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri də cəlb olunub.

Kerala ştatının əsas beynəlxalq aeroportunun eniş-qalxış zolağı tamamilə su altında qaldığından avqustun 26-dək bütün uçuşlar dayandırılıb. Reyslər qonşu hava limanlarına yönəldilir.

Meteoroloqlar avqustun 18-də regionda yenə güclü leysan yağacağını proqnozlaşdırırlar.

Hindistanda yağışlar mövsümü adətən iyunun ortalarında başlayır və sentyabr ayının sonlarına qədər davam edir.

Tarix
2018.08.17 / 20:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla