Yuxarı

Səddam Hüseyn dövrünə aid toplu məzarlıq aşkar edilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Səmavə şəhərinə bağlı Busay bölgəsində 56 nəfərə aid toplu məzarlıq aşkar edilib.

"Axar.az"ın məlumatına görə, İraq Kürd bölgəsi rəhbərliyinin nümayəndəsi Ərəm Əhməd bildirib ki, 10 gün əvvəl aldıqları bir şikayət əsasında qazıntı işləri aparıblar. Qazıntılar nəticəsində məlum olub ki, aşkarlanan 56 adamın cəsədi Nuqresalam həbsxanasında həbsdə olan məhkumlara aid olub.

Ərəm Əhməd açıqlamasında "Baas rejimi dövründə zərər çəkmiş olan bütün İraqlılar üçün təzminat verilməsi nəzərdə tutulub. Ancaq yaşanan siyasi böhran səbəbiylə bu qanun 2 ildir təsdiq edilmir", - deyib.

Ərəm Əhməd daha sonra bunları deyib:

"Nuqresalam həbsxanası 1960-cı ildən bu yana var. 1988-ci ildəki Ənfal hərəkatı zamanı bir çox kürdləri buraya gətirirdilər. Bu həbsxana işgəncələr səbəbiylə xalqın arasında "ölüm yolu" olaraq bilinir. Nuqresalam həbsxanasında məhkum həyatı yaşanların aclıqla və işgəncəylə qətlə yetirildiyinə dair məlumatlar əld etmişik. Hətta bəziləri diri-diri basdırılıb".

Tarix
2013.12.02 / 08:05
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla