ABŞ-ın “Krokus”la bağlı dəqiq məlumatı olub - NYT
15:17
Ana səhifə Planet |
Türkiyə-İran sərhədində tikintisi davam edən divar ətrafında patrul vəzifəsini həyata keçirən hərbi maşının keçidi zamanı partlayış baş verib.
Axar.az xəbər verir ki, kustar üsulla düzəldilmiş partladıcının işə düşməsi nəticəsində 5 əsgər yaralanıb.
Hadisə səhər saatlarında İqdırın Aralıq mahalında Ağrı dağının ətəklərində baş verib. Yaralılar dərhal Aralıq dövlət xəstəxanasına çatdırılıb. Burada onlara ilkin tibbi yardım göstərildikdən sonra yaralılar İqdıra göndərilib. Həkimlər əsgərlərin həyatları üçün təhlükə olmadığını bildiriblər.
Faktla bağlı araşdırma başladılıb.
Tarix
2018.09.11 / 13:25
|
Müəllif
Orxan Tağıyev
|