Yuxarı

QRU diversantı Qarabağda və Donbasda: Məxfi missiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın çoxtirajlı “Arqumenti nedeli” nəşri Ukraynanın Donetsk vilayətində rusiyameylli separatçıların tərəfində döyüşən QRU diversantı Oleq Prizrak və bölüyü barədə yazır.

Virtualaz.org xəbər verir ki, nəşr öz məqaləsində Prizrakın dəstəsinin Ukrayna ordusuna və “Sağ sektor” könüllülərinə qarşı çoxsaylı diversiya əməliyyatlarından bəhs edir.

“Onlardan Ukrayna ordusu qorxur. Onlar Ukrayna silahlı qüvvələrinin mövqelərinə yaxınlaşır, sonra Ukrayna KİV-ləri hərbi texnikanın partladılması haqda xəbər yayır. Üstəlik onlar düşmənin mövqelərindən onların bayraqlarını oğurlayır. Kinoda belələrini diversantlar adlandırırlar. Əslində isə onlar sadəcə olaraq kəşfiyyatçılardır”- qəzet Oleq Prizrak və dəstəsi barədə reportajına belə başlayır.

Prizrak növbəti reydlərindən birində “Sağ sektor” könüllülərinin mövqeyində hərbi texnikanı gizlicə minalayıb və onun dəstəsi 1 kilometr aralanandan sonra dalbadal partlayışlar baş verib. Bu vaxt Prizrak və adamları özlərinin saldığı meşə cığırı ilə geri qayıdırdı, çantalarında isə Ukraynanın və “Sağ sektor”un oğurlanmış bayraqları vardı. Diversantlar bu bayraqların yerində Rusiya bayrağını asmışdılar.

Prizrak və dəstəsi həmin reyddə az qala bir həftəyə yaxın Ukrayna mövqeləri yaxınlığında sürünüblər, maskalanmış texnikanı axtarıblar. Nəhayət Ukrayna millətçilərinin mövqelərində dayanan müşahidəçilərin yatdığını görüb onların səngərlərinə daxil olublar. Bir BTR, iki BMP və bir tank minalanıb. Və diversantlar uzaqlaşandan sonra partlayışlar başlayıb.

Oleq Prizrak Donetskdə separatçıların tərəfində döyüşməyə yollanmazdan əvvəl daha iki yerdə olub, amma onların adlarını çəkmək olmaz. Çünki diversantın missiyası məxfi olub. Amma o, Dağlıq Qarabağda, Əfqanıstanda QRU xüsusi təyinatlı dəstələrinin tərkibində snayper kimi fəaliyyət göstərib, bunları gizlətmir. Deyir ki, Donbasa “könüllü kimi” gəlib. Rostovdan Ukrayna ərazisinə keçəndə orada Rusiyadan olan çoxlu “könüllü” ilə rastlaşıb. Separatçılar əlbətdə ki, Oleq kimi peşəkar diversantın imkanlarını layiqincə qiymətləndiriblər və onu kəşfiyyat rotasında bölük komandiri təyin ediblər. Və o vaxtdan Prizrak tez-tez Ukrayna ordusunun mövqelərinə reydlər həyata keçirib müxtəlif diversiyalar törədir.

Tarix
2018.09.11 / 16:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla