Yuxarı

Nanqarharda partlayış: Ölənlərin sayı 50-yə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Nanqarhar əyalətinin Mohmand Dara rayonunda etiraz aksiyası zamanı baş verən partlayış nəticəsində azı 50 nəfər həlak olub.

Axar.az xəbər verir ki, əyalət qubernatorunun nümayəndəsi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Onun sözlərinə görə, etirazçılar Mohmand Daranın yaxınlığında yerləşən Açin rayonunun polis qüvvələri komandirinin istefasını tələb edirdilər.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib. Taliban hərəkatı isə partlayışla əlaqəsinin olmadığını bildirib.

Qeyd edək ki, bundan öncə Nanqarhar əyalətində üç təhsil müəssisəsinin yaxınlığında partlayışlar seriyası barədə məlumat yayılıb. Əyalətin administrativ mərkəzi olan Cəlalabad şəhərində məktəb qarşısında baş verən partlayış nəticəsində bir uşaq həyatını itirib, 4 nəfər isə yaralanıb.

Tarix
2018.09.11 / 18:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla