Yuxarı

Bəyanat: Vanetsyan və Xaçatryan istefaya hazırdır - Audio

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:53

Yutub servisində bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın Koçaryanın, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının hazırkı rəhbəri Yuri Xaçaturovun cinayət işi ilə bağlı müzakirələr etdikləri telefon danışığı yerləşdirilib.

Oxu.az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu danışığın olduğunu təsdiqləyib.

Audioyazıda Xaçatryan deyir ki, yaxın vaxtlarda Koçaryana qarşı ittiham irəli sürüləcək və o, həbs olunacaq, həmçinin bildirilib ki, Xaçaturova qarşı da ittiham irəli sürüləcək.

MTN direktoru buna cavab olaraq, Xaçaturova toxunmamaqla bağlı xəbərdarlıq edib.

“O, KTMT-nin rəhbəridir, ona dəymək lazım deyil (...) biabır olacağıq (...) Heç olmasa başqa yerə getməmək haqqında iltizam tədbiri görülsün. Rusiyalılarla çətinliklə barışmışam (...) İndi biabır olacağıq”, - Ermənistan MTN-nin direktoru bildirib.

“Onu bağlamayaq? O, artıq bizdədir. Baş nazirlə danış, mən ona həbs-qətimkan tədbirinin seçiləcəyini demişəm”, - Xaçatryan cavab verib.

Digər telefon danışığında Vanetsyan Xaçaturov işində ehtiyatlı olmağa çağırıb.

“Xaçaturovla bağlı diqqətli olun, baxmayaraq ki, o (Paşinyan – red.) bağlanmasını tapşırıb (Xaçaturovun həbsini). Rusiyalılar əsəbidirlər”, - Vanetsyan deyib.

Bu audioyazını şərh edən Nikol Paşinyan bəyan edib ki, dinlənilməni 2008-ci il hadisələrinin araşdırılmasına qarşı olan şəxslər həyata keçirib.

O əlavə edib ki, Ermənistanın sabiq prezidentləri Koçaryan, Sarqsyan, sabiq baş nazir Ovik Abraamyan və digər məmurlar “taladıqları malların geri qaytarılmasının vaxtının çatdığını” başa düşürlər.

Ermənistan hökuməti bu işlə bağlı araşdırmaların davam edəcəyini vəd ediblər.

***

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyan Ermənistan Xüsusi İstintaq Xidmətinin (XİX) rəisi Sasun Xaçatryan ilə danışığının səs yazısının internetdə yayılması fonunda istefa verməyə hazır olduğunu bildirib.

Report xəbər verir ki, o, eyni zamanda bu səs yazısının yayılmasının əsas məqsədinin MTX və XİX-in mövqelərinin zəiflədilməsi, bununla xüsusi xidmət orqanlarının başladıqları işləri tamamlamasına maneə yaratmaq olduğunu vurğulayıb.

XİX rəisi Sasun Xaçatryan da ictimaiyyətin tələb edəcəyi təqdirdə, istefaya getməyə hazır olduğunu söyləyib.

Tarix
2018.09.11 / 20:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla