Yuxarı

Safonov Türkiyəni nümunə göstərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici turizm sahəsində Rusiya Federasiyasının əsas tərəfdaşları olan ölkələrlə qarşılıqlı hesablaşmalarda yaxın gələcəkdə milli valyutaya keçid mümkündür.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bunu Turizm üzrə Federal Agentliyin rəhbəri Oleq Safonov bunu Şərq İqtisadi Forumunda bildirib.

Oleq Safonovun sözlərinə görə, qarşılıqlı hesablaşmalarda milli valyutaya keçid siyasəti Turizm üzrə Federal Agentlik tərəfindən yox, ölkənin maliyyə hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. O deyib:

“Lakin biz bu istiqamətdə aşkar meyilləri görürük”.

Onun fikrincə, hesablaşmalarda bu və ya digər xarici valyutalardan istifadə edilməsinə sanksiya məhdudiyyətlərinin tətbiq olunması hesablaşmaların milli valyutalarda aparılmasına yanaşmanı yalnız stimullaşdırır.

“Mənim fikrimcə, xarici turizm sahəsində bizim əsas tərəfdaşlarımızla bu cür hesablaşma tamamilə, özü də yaxın perspektivdə mümkündür”, - deyən O.Safonov Türkiyəni nümunə göstərib.

İdarə rəhbəri deyib: “Əcnəbi vətəndaşlar Rusiya Federasiyasına gələndə özləri ilə milli valyuta gətirir və burada onu Rusiya rubluna mübadilə edirlər. Rusiyanın daxilində isə hesablaşmalar yalnız rubl ilə aparılır”.

Tarix
2018.09.11 / 19:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla