Yuxarı

Rza Zərrab ABŞ-da restoranda göründü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək həbs olunan, daha sonra isə Hakan Atillanın mühakimə olunduğu məhkəmənin əsas şahidi kimi çıxış edən Azərbaycan əsilli iş adamı Rza Zərrab Nyu York şəhərinin məşhur “Nobu” restoranında görüntülənib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, bir neçə həftə bundan əvvəl çəkilən fotoda Rza Zərrab olduğu iddia edilən şəxs Nyu Yorkun məşhur restoranlarından sayılan “Nobu”da görünüb. İki qadınla birlikdə məşhur Hollivud ulduzu Robert de Nironun Manhetten Sohodakı suşi restoranına gələn Zərrab ağ şərab içib və mobil telefonu ilə qurdalanıb.

Bir müştərinin şəklini çəkdiyini görən Zərrab həmin şəxsin türk dilində danışdığını gördükdən sonra məkanı tərk edib.

Qeyd edək ki, Nyu Yorkda şahid qismində dindirilən Rza Zərrabın daim nəzarətdə olduğu və şəxsiyyəti dəyişdirilərək ünvanı gizlədilən bir evdə qorunduğu iddia edilirdi.

Tarix
2018.09.12 / 11:30
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla