Yuxarı

Türk qız İsrail ordusunda Fələstinə qarşı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza bölgəsində “Həmas”ın təmizlənməsi üçün əməliyyat başlanıb. Birliklərimiz 5 kilometr məsafədə Qəzzanın içərilərinə doğru irəliləyib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu İsrail ordusunda xidmət edən türk qızı Sabiha İrəm Çevik bir neçə gün öncə sosial şəbəkədə paylaşıb.

Türk qızın paylaşımı, habelə əməliyyat zamanı canlı yayıma çıxması Türkiyədə ciddi rezonans yaradıb. Paylaşımlarına yazılan söyüş və təhqiramiz ifadələrdən dolayı Sabiha İrəm Çevik sosial şəbəkə hesabını bağlayıb.

İsrail ordusunda xidmət edən türk qız Urfada doğulub. Həm Türkiyə, həm də İsrail vətəndaşı olan şəxslər hansı dövlətdə hərbi xidmət keçəcəyini özü seçir.

Amma Türkiyədə xanımlar hərbiyə çağırılmadığı üçün iki ölkə vətəndaşlığı olan qadınlar əsasən İsrail ordusunda xidmət etməli olur.

Sabiha İrəm Çeliyin Təl-Əvivin məşhur liman bölgəsi Yafada yaşadığı bəllidir. O, İsrail ordusunun Fələstinə qarşı həyata keçirdiyi əməliyyatlarda aktiv rol oynayır. İsrail ordusuna 2017-ci ildə xidmətə başlayan türk qız 2019-cu ilin avqustunda tərxis ediləcək.

Tarix
2018.09.12 / 11:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla