Yuxarı

Ağlıma bir fikir gəldi: gəlin, sülh imzalayaq – Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Yaponiya Baş naziri Şinzo Abeyə heç bir ilkin şərt olmadan sülh müqaviləsi imzalamağı təklif edib.

Axar.az xəbər verir ki, Putin təklifini Şərq İqtisadiyyat Forumu çərçivəsində Abeylə baş tutan görüşü zamanı səsləndirib.

“Ağlıma bir fikir gəlib. Gəlin sülh müqaviləsi bağlayaq, amma təbii ki, indi yox. İlin sonuna qədər müqaviləni heç bir ilkin şərt olmadan imzalayaq. Bu müqavilənin əsasında dövlətlər öz aralarındakı mübahisəli məsələləri həll etməyə davam edəcəklər”, – deyə o bildirib.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya ilə SSRİ arasında heç bir sülh müqaviləsi imzalanmayıb. Müqavilənin imzalanması üçün Yaponiya 4 adanın ona qaytarılmasını tələb edir. Moskva 70 ildən çoxdur bu şərti qəbul etmir və Cənubi Kuril adaları üzərində Rusiyanın suverenliyinin şübhəsiz olduğunu iddia edir.

Putin bu görüşdə İkinci Dünya müharibəsindən buvaxtacan müzakirələrin getdiyini, Moskvanın hər iki xalqı qane edəcək həll üçün çalışdığını bildirmişdi.

Tarix
2018.09.12 / 12:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla