Yuxarı

İrəvanda gərginlik artır: Ordu müstəntiqlərə qarşı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın ordunun 1 mart qırğınında iştirakı ilə bağlı bəyanatını təkzib edib.

Axar.az xəbər verir ki, Davtyan jurnalistlərə açıqlamasında 2008-ci ildə Müdafiə Nazirliyində vəzifə tutduğunu və bu tarixdə baş verənlərin hamısını 1 mart hadisələri ilə bağlı cinayət işini aparan müstəntiqlərə açıqladığını bildirib. O, 1 mart hadisələri zamanı ordunun ön cəbhədən paytaxta gətirilməsinin adi iş olduğunu söyləyib. Davtyan həmçinin 1 mart hadisələri zamanı ordunun İrəvandakı yaşayış binalarına atəş açmasını da təkzib edib:

“Əgər atəş açılıbsa, bunu ayrı-ayrı adamlar ediblər. Ordudan ümumilikdə danışmaq olmaz. Belə əmr yox idi”.

Qeyd edək ki, Xaçatryan bundan öncə 1 mart hadisələri zamanı ordunun yaşayış binalarına atəş açmasıyla bağlı faktlara sahib olduğunu bəyan etmişdi.

Tarix
2018.09.12 / 16:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həll olunması bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla