Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan
16:17
Ana səhifə Planet |
Türkiyə Silahlı Qüvvələri Suriya sərhədində xidmət edən hərbçilərə yardım məqsədi ilə yardım göndərib.
Axar.az xəbər verir ki, sərhədə toplar, zirehli personal daşıyıcısı ZPT, tanklar, zirehli maşınlar göndərilib. Sözügedən hərbi yardım artıq Hatayın Reyhanlı mahalına çatıb.
Təhlükəsizlik tədbirləri altında irəliləyən hərbi karvanı insanlar Türkiyə bayrağı ilə salamlayıb. Bundan əlavə, bölgəyə desant qüvvələri göndərilib.
Qeyd edək ki, Tehran zirvəsində İdliblə bağlı konkret nəticənin əldə edilməməsindən sonra Türkiyə sərhəd xəttini gücləndirməyə başlayıb.
Tarix
2018.09.14 / 01:05
|
Müəllif
Pərviz Həsənov
|