Yuxarı

Qonşu ölkədə rəqabət qızışır: prezidentliyə 19 namizəd...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən 46 nəfərdən 19-nun namizədliyini qeydə alıb.

Axar.az xəbər verir ki, seçkilərə start verildikdən sonra 20 siyasi partiya və 26 təşəbbüs qrupu prezidentliyə namizədini irəli sürüb. Lakin 1 siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədiyi, 1 təşəbbüs qrupu seçki sənədlərində səhvə yol verdiyi üçün MSK onların namizədliyini qeydə almaqdan imtina edib.

Daha 19 təşəbbüs qrupu namizədlərinin təsdiq olunması üçün lazım olan imzaları MSK-ya vaxtında təqdim edə bilmədiyi üçün onların da namizədləri qeydə alınmayacaq.

Bundan başqa, müstəqil namizəd, tanınmış rejissor Georgi Şenqelaya da öz namizədliyini geri götürüb.

Qeyd edək ki, MSK-da namizədlərin qeydə alınması prosesi sentyabrın 28-də başa çatacaq.

Tarix
2018.09.21 / 01:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla