Yuxarı

Biz dalana dirənmişik - Mey

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Tereza Mey Londonla Brüssel arasında Breksit üzrə danışıqların dalana dirəndiyini bildirib.

Axar.az xəbər verir ki, Tereza Mey bu barədə fikrini sentyabrın 21-də Britaniya televiziyasında çıxışı zamanı səsləndirib.

“Biz dalana dirənmişik. Danışıqların hazırkı mərhələsində təfərrüatlı izahat və qarşılıqlı təklif vermədən əks tərəfin mövqeyini rədd etmək yolverilməzdir”, - deyə o vurğulayıb.

“Biz indi Avropa İttifaqının maneələrin nədən ibarət olduğu və alternativ imkanları barədə suallara cavabını eşitmək istəyirik. Bu, baş verməyincə, hər hansı irəliləyişə nail ola bilmərik”, - deyə Baş nazir əlavə edib.

Britaniya və Avropa İttifaqı tərəflərin maraqları gözlənilməklə, Breksitin reallaşdırılmasına imkan verəcək üç əsas məsələni oktyabrın sonunadək həll etməlidir. Buraya Avropa İttifaqından çıxmaq haqqında sazişin razılaşdırılmasını başa çatdırmaq, İrlandiya sərhədləri ilə bağlı problemi həll etmək və gələcək qarşılıqlı əlaqələrin formatını müəyyənləşdirmək daxildir.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqını formal olaraq 2019-cu il martın 29-da tərk edəcək. Breksitin şərtləri haqqında ötən ilin yayından başlayan danışıqlarda isə hələlik ciddi irəliləyiş əldə olunmayıb.

Tarix
2018.09.21 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla