Yuxarı

İranda dəhşətli terakt: ölü sayı artdı - Video/23+

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:11

İranın cənubunda keçirilən hərbi paradda terakt baş verib.

Axar.az xəbər verir ki, bu barədə Press TV nəlumat yayıb.

İnsident nəticəsində bir neçə nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, bundan öncə İran Hörmüz boğazında hərbi təlimə başlamışdı.

***

İran mətbuatı hücumun ərəblərin üstünlük təşkil etdiyi Əhvaz şəhərində baş verdiyini bildirib.

İnsidentin bir neçə nəfər tərəfindən törədildiyi ortaya çıxıb.

***

Hazırda ölkə paytaxtında hərbi paradda iştirak edən prezidenti Həsən Ruhani teraktdan sonra ərazidən uzaqlaşdırılıb.

İnsident nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan birinin Xuzestan əyalətinin SEPAH komandiri olduğu bildirilib.

Həmçinin yaralılar arasında uşaq və qadının olduğu da qeyd olunub.

***

İnsident zamanı ölənlərin sayı 10-a, yaralananların sayı isə 21-ə çatıb. Ölənlərdən ikisinin terrorçu olduğu bildirilir.

***

İranda hərbi parada hücum zamanı ölənlərdən 8 nəfəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgəridir.

Yaralıların isə ən azı 7 nəfəri SEPAH-çıdır.

***

Əhvaz Mərkəzi Xəstəxanasından yaralananların sayının 60-a yüksəldiyi bildirilib.

***

Əhvazda baş verən terakta görə məsuliyyəti Əhvazın Ərəb Vətənpərvər Demokratik Hərəkatı üzərinə götürüb.

İran bu təşkilatı Səudiyyə Ərəbistanı ilə əlaqələrdə ittiham edir.

***

İran mətbuatının yaydığı məlumata görə, insidentlə əlaqədar Əhvazın İraqla sərhədi bağlanılıb.

***

İRNA agentliyinin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 24-ə, yaralananların sayı isə 53-ə yüksəlib.

***

İŞİD terror təşkilatı İranın Əhvaz şəhərində baş verən hücumun məsuliyyətini öz üzərinə götürüb.

Bu barədə İŞİD-ə yaxınlığı ilə tanınan “Amak“ nəşri məlumat yayıb.

Xəbərdə əvvəlcə İran Prezidenti Həsən Ruhaninin də hadisə yerində olduğu qeyd edilsə də, sonradan bu yanlışlıq düzəldilib.

İŞİD hücumu təşkil etdiyini iddia etsə də, teraktla bağlı hər hansı bir görüntü paylaşmayıb.

***

Terakt nəticəsində ölənlərin sayı 25-ə, yaralıların sayı isə 60-a yüksəlib.

İRNA hadisəni 4 terrorçunun törətdiyini, onlardan ikisinin məhv edildiyini, digər ikisinin isə yaxalandığını bildirib.

Tarix
2018.09.23 / 00:42
Müəllif
İlkin, Elşad, Büllurə
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla