İnsultdan qaçmağın ən asan və sadə yolu
02:00
Ana səhifə Planet |
Şimali Koreya lideri Kim Çen İnin Cənubi Koreya Prezidenti Mun Çje İnə söz verdiyi Seul ziyarətinin tarixi bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin səfəri zamanı ona yoldaşlıq edən və ölkəsinin ən böyük holdinqlərindən olan “CJ Qrup"un rəhbəri Son Kyunq-Şik deyib. O bildirib ki, Kimin dekabrda Seulə səfəri planlaşdırılıb.
Holdinq rəhbəri səfərin gününün və detallarının Mun Çje İnin rəsmi dəvətindən sonra dəqiqləşəcəyini söyləyib.
Qeyd edək ki, Kim Çen İnin bu səfəri baş tutarsa, bu, Koreya yarımadasının bölünməsindən bəri Şimali Koreya liderinin Cənubi Koreyaya ilk səfəri kimi tarixə düşəcək.
Tarix
2018.09.22 / 23:05
|
Müəllif
Nərmin Əkbərli
|