Yuxarı

Ərdoğan: Rusiyanın dəstəyinə ümid edirik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin təhlükəsizliyini birbaşa təhdid edən qruplaşmalara qarşı verdiyimiz mübarizə çox önəmlidir. PYD və DSQ (Demokratik Suriya Qüvvələri) nəzarətində olan bölgələrin terrorçulardan təmizlənməsinə böyük önəm verdiyimizi maraqlı tərəflərin hamısına çatdırmışıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Kommersant” nəşrinə verdiyi müsahibə zamanı deyib.

“Təəssüf ki, son zamanlarda PYD və DSQ-yə xüsusən ABŞ-ın verdiyi müstəsna dəstəyin hələ də davam etdiyini müşahidə edirik. Bölgədəki və dünyadakı millətlər arasındakı tarazlığa zərər vuran bu cür addımlara son verilməlidir. Türkiyənin PKK, PYD və DSQ kimi terror qruplaşmaları ilə apardığı mübarizəyə Rusiyanın da dəstək verəcəyinə ümid edirik. Bir-birinə qonşu olan ölkələrimizin bir-birinin təhlükəsizliyini təhdid edən vəziyyətlərə ortaq mövqe göstərmələri vacibdir”, - Ərdoğan bildirib.

Tarix
2018.09.24 / 11:05
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla