Yuxarı

İrəvanda maraqlı vəziyyət: Müxalifət susduruldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda seçkidən sonra maraqlı vəziyyət yaranıb.

Axar.az xəbər verir ki, 23 sentyabrda keçirilən seçkinin nəticələrinə əsasən, İrəvan Şəhər Şurasına üç siyasi qüvvə daxil olub. Belə ki, bu qüvvələr Mənim Addımım Bloku, Çiçəklənən Ermənistan Partiyası və Luys (İşıq) Blokudur. Seçkidə ən çox səsi (təxminən 81%) hökumətin dəstəklədiyi Mənim Addımım Bloku qazandığına görə mer vəzifəsini bu blokdan olan Ayk Marutyan icra edəcək.

Maraqlı məqam odur ki, digər partiyalar seçkidən öncə iddialı bəyanatlar səsləndirsələr də, seçki bitdikdən dərhal sonra “öz qınlarına” çəkiliblər. Belə ki, Paşinyanın keçmiş müttəfiqlərinin Luys Blokunun mer vəzifəsinə namizədi Artak Zeynalyan seçkinin ilkin nəticələri açıqlandıqdan dərhal sonra Marutyanı təbrik edib. Halbuki Zeynalyanın hamisi sayılan Respublika Partiyasının sədri Aram Sərkisyan (Yelk Blokundan deputat) seçkidən üç gün öncə Paşinyana xəbərdarlıq edərək onun müttəfiqləri özündən küsdürdüyünü bildirib.

Çiçəklənən Ermənistan Partiyası (son seçkidə təxminən 7% səs toplayıb) isə seçkidən sonra, ümumiyyətlə, sakit dayanıb. Belə ki, seçkidən öncə məhz bu partiyanın hazırkı Ermənistan rəhbərliyi ilə problemləri yaranıb. Partiyanın mer vəzifəsinə namizədi olan Naira Zöhrabyan hökuməti təzyiqlərdə ittiham edib. Zöhrabyan həmçinin Paşinyanın dövlət gücündən seçkinin nəticələrinə təsir etmək üçün yararlandığını iddia edib və hökuməti Serj Sərkisyanla birgə hərəkətdə ittiham edib. Üstəlik, seçki günü ən çox saxtakarlıqla bağlı bəyanat yayan və tərəfdarlarına qarşı ən çox təzyiqlər edilən də məhz Çiçəklənən Ermənistan Partiyası olub.

Bu gün isə Çiçəklənən Ermənistan Partiyası özünün lideri sayılan Qagik Çarukyan vasitəsilə seçkinin nəticələrini tanıdığını elan edib. Çarukyan müraciətində bununla cəmiyyətin parçalanmasının qarşısını almağa çalışdığını deyib.

Tarix
2018.09.24 / 15:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla