Yuxarı

AB Bakı, Astana, Bişkeklə birgə... - Yeni strategiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Mərkəzi Asiyanın inkişaf perspektivlərinə inanır və regiona investisiyalar yatırtmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya bölməsinin rəhbəri Lyuk Devin deyib.

“Biz regionun uzunmüddətli perspektivinə inanırıq. AB-də həmçinin regiona uzunmüddətli perspektivə əsaslanan investisiyalar yatırır. Siz bilirsiniz ki, biz Qazaxıstanla 2015-ci ildə əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi barədə danışıqlar aparmışıq. Biz bu işi Qırğızıstan və Azərbaycanla da aparırıq. Çox şadıq ki, Özbəkistanla da bu danışıqlara başlayacağıq.

Avropa Birliyi stabillik üçün regionun inkişafını dəstəkləmək istəyir, çünki bu bazar bizim üçün yenidir. Biz regionda investisiyaları öz köməyimiz vasitəsilə artırırıq. Biz əməkdaşlığımızı təkcə infrastruktur layihələri yox, həm də qaydalar, insanlar baxımından da gücləndirmək istəyirik”.

Qeyd edək ki, keçən həftə Avropa Komissiyası Avropa və Asiya arasında əlaqənin inkişafı barədə strategiyasını təqdim edib. Strategiyaya əsasən, qitələr arasında əlaqə birgə nəqliyyat, energetika və rəqəmsal şəbəkələr vasitəsilə gücləndirilməlidir. Yeni layihədə həmçinin yaxın onillikdə Asiya üçün 1,3 trilyon avro investisiyanın lazım olacağı göstərilir. Bu investisiyanın hazırkı artım tempinin saxlanılması və regionun iqlim dəyişikliyinə adaptasiyası üçün lazım olduğu bildirilir.

Tarix
2018.09.26 / 11:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla