Yuxarı

Rusiya elit ordusunu bu ölkəyə yeritdi – Təsdiq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın “San” qəzetindən sonra RBK agentliyi də Rusiyanın Liviyaya öz hərbi hissələrini yerləşdirdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, agentlik Rusiyanın Liviyada Xəlifə Haftarın ordusu üçün kadrlar hazırladığını və ona ağır silahlar verdiyini bildirib. Belə ki, Moskva artıq Tobruk və Benqazi şəhərlərində iki baza yaradıb. Bu bazalarda “Vaqner” özəl hərbi şirkətinin muzdluları ilə bərabər, Rusiya Müdafiə Nazirliyinin elit desant dəstələri də yerləşdirilib. Bu dəstə Moskva yaxınlığındakı hərbi hissələrdən birindən Liviyaya göndərilib.

RBK-ya həmçinin faktı Liviya hökumətindəki mənbə də təsdiqləyib. Müdafiə Nazirliyindəki mənbə isə aktivliyin, əsasən, Rusiyanın neft-qaz maraqları ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Liviya hazırda iki yerə bölünüb. Ölkənin qərbinə Baş nazir Faiz Sarac, şərqinə isə Liviya Nümayəndələr Palatası, daha dəqiq desək, marşal Xəlifə Haftar nəzarət edir. Xəftar bundan öncə Rusiyaya müraciət edərək, ona yardım etməsini istəyib.

Tarix
2018.10.10 / 13:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla