Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


ABŞ-Çin savaşının ilk nəticəsi: Birjalarda kəskin ucuzlaşma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Dou Cons” indeksi dünən Nyu York fond birjasında 3,15% ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda ucuzlaşıb.

Axar.az xəbər verir ki, “Dou Cons”la bərabər ABŞ bazarının 500 ən böyük şirkətini tərkibində birləşdirən “S&P 500” 3,29%, NASDAQ indeksi isə 4,08% geriləyib. “S&P 500” üçün bu göstərici fevraldan, NASDAQ üçün isə yanvardan bu yana qeydə rekord itki olub.

Bununla birjada əksər texnologiya şirkətlərinin səhmləri də ucuzlaşıb. Ən böyük itki Tvitter (8,47%), “Netfliks” (8,38%), “Əpl” (4,63%), “İntel” (3,76%) şirkətlərində qeydə alınıb.

“Röyter” agentliyinə açıqlama verən “DoubleLine” fondunun rəhbəri Cefri Qundlax ucuzlaşmaya əsas səbəblərdən birinin ABŞ dövlət istiqrazlarının gəlirliyinin artmasının olduğunu bildirib:

“ABŞ-ın fond bazarı faiz dərəcələrinin qəfil artmasına reaksiya göstərməyə başlayıb və gələcəkdə bu tendensiya davam edəcək. Əgər gələcəkdə faiz dərəcələrinin artım sürəti narahatverici məqama çatsa, bu tendensiya davamlılığını itirməyəcək”.

Bəzi mətbuat orqanları ABŞ bazarına həm də Çinlə yaranan ticarət müharibəsinin təsir etdiyini bildirib. Çinlə ticarət savaşı barədə mövqeyindən əl çəkməyən ABŞ Prezidenti Donald Tramp “Dou Cons” indeksinin ucuzlaşmasından dərhal sonra verdiyi açıqlamada bütün günahı FES-in üzərinə atıb. O, FES-in artıq dəli olduğunu və həddən artıq sərt monetar siyasət yürütdüyünü bildirib.

Ən maraqlı məqam isə ABŞ fond bazarındakı ucuzlaşmanın Asiya fond bazarlarını da silkələməsi olub. Belə ki, Çin fond bazarlarında son ayların ən böyük çöküşü yaşanıb. Honkonqun “Hanq Senq” indeksi 3,73%, “Şanxay” indeksi 3,75%, “Şenzen Kompozit” indeksi isə 4,87% dəyər itirib.

Asiyanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan “Tencent”in səhmlərinin dəyəri 4% ucuzlaşıb. Bu sırada smartfonlar üçün linza istehsal edən “Sanni Optikal Texnoloci” (5,8%), “Qreyt Vol Motor” avtomobil şirkəti də (5,6%) yer alıb.

Çinlə bərabər Tayvanın “Taieks” (5,72%), Yaponiyanın “Nikkei” indeksi (3,89%) də dəyər itirib.

Tarix
2018.10.11 / 13:03
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ərdoğandan ABŞ-a ittiham: terrorçulara dəstək...

Avropa Rusiyanın nəhəng layihəsini məhv etdi

ABŞ İranda qarşıdurma planı hazırlayır

ABŞ İrana qarşı koalisiya yaradır - Pompeo

Ankarada dəhşətli qatar qəzası: 4 ölü, 43 yaralı - Video

Rusiya Cənubi Qafqaz dövlətini hədələdi

Maduro: Qətlimlə bağlı planı Bolton hazırlayıb

Netanyahu Səudiyyəni müdafiə etdi - Qaşıqçı cinayəti

NATO-dan krala jest: Aktiv rol oynayır!

Türkiyədə ildırım vuran neft kəməri hansıdır? - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla