Yuxarı

Moskvanın növbəti hədəfi: Kreml Lukaşenkonu devirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Belarusun işğalından Putinin Rusiyada hakimiyyətinin davam etdirilməsi üçün istifadə edə bilər. Ona görə də iki ölkə arasında gələn il münasibətlərin pozulacağını gözləmək mümkündür.

Axar.az xəbər verir ki, bunu “Exo Moskva” radiosuna müsahibəsində rusiyalı politoloq Vladislav İnozemçev deyib.

“Belarus Kremlin bundan sonrakı aqressiyası üçün ən uyğun namizəddir. Bunun üçün bir neçə səbəb var. Öncə Rusiya Belarusu İttifaq dövləti daxilində daha da yaxınlaşdıra bilər. Digər tərəfdən isə Rusiya Belarus iqtisadiyyatını qorumaqdan ötrü ildə 7-8 milyard dollar xərcləyir. Üstəlik, Kremllə Minsk arasında inciklik də mövcuddur. Məsələn, Rusiyanın pullarını götürən Belarus bunun qarşılığında Moskvanın, xüsusilə Abxaziya və Cənubi Osetiya ilə bağlı arzularını yerinə yetirmir. Əgər Moskva Belarusda illərdir davam edən hakimiyyətə son qoymaq istəsə, heç bir NATO üzvü Avropanın son diktatoruna dəstək nümayiş etdirməyəcək”, – deyə o bildirib.

İnozemçevin sözlərinə görə, Belarusa aqressiyanın əsas məqsədi 2024-cü il seçkisi ərəfəsində Putin üçün yeni legitimliyin yaradılmasıdır:

“Artıq Rusiyada Lukaşenkoya onun hakimiyyətinin əbədi olmayacağını başa salıblar. Minsk hətta Rusiya konsuluna geniş səlahiyyətlər verilib. Soçidə 21 sentyabrda baş tutan görüşdə Belarus nümayəndə heyəti bir dənə də iqtisadi güzəştə nail ola bilmədi. Lukaşenkonun öz vəzifəsindən getməklə bağlı kiçik də olsa arzusu yoxdur. Ona görə də destabilizasiya üçün yeganə şans 2020-ci il seçkisidir və Moskva bundan istifadə etməyə tələsəcək. Mənə elə gəlir ki, Belarus ətrafında gələn il gözlənilmədən eskalasiya yaradılması üçün bütün əsaslar var”.

Tarix
2018.10.13 / 11:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla