Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2018


Pompeo Ankaraya qarşı şok planı açıqladı: Məqsədimiz...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp administrasiyası minlərlə TIR silah verərək ordu halına gətirdiyi PYD/PKK terror təşkilatını danışıqlar masasına gətirmək üçün hərəkətə keçdi.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Mayk Pompeo “yaxşı ortaq” adlandırdığı PYD-nin sülh danışıqlarına qatılacağına dair zəmanət verib.

Amerikanın Milli Təhlükəsizliyi üçün Yəhudi İnstitutu (JINSA) adlı təşkilatın illik yeməyində danışan Pompeonun sözlərinə görə, siyasi məqsədlərinə çatana kimi Suriyada qalacaqlar.

“Vəzifədə olduğum müddətdə PYD ilə yaxından çalışdıq. Onlar yaxşı ortaqdırlar. İndi onların masada olması üçün çalışırıq. Siyasi prosesdə irəliləyiş əldə edilməməsinin səbəbi Suriyadakı hər bir ünsürün gələcək hökumətin bir hissəsi olma şansını tələb etməyimizdir”, - o deyib.

Belə bir təmsilçiliyin təmin olunmaması halında, Ağ Evin Suriyada hər hansı bir sülhü dəstəkləməyəcəyini deyən dövlət katibi PYD-nin də siyasi prosesin bir parçası olacağını vurğulayıb.

Suriyada İŞİD-in tamamilə məğlub edilməsindən sonra siyasi prosesə və İranın bölgədən çıxarılması hədəflərinə yönələcəklərini söyləyən Pompeo iranlı liderləri “filmdəki pis adamlar”la müqayisə edib.

“Terrorizmi maliyyələşdirirlər və bu gün də “Amerikaya ölüm” deyə qışqırırlar”, - Dövlət Departamentinin başçısı söyləyib.

Təl-Əviv-Vaşinqton əlaqələrinə də toxunan Pompeo Yaxın Şərqin bütünlüklə İsrail kimi olmasını istədiklərini dilə gətirib.

Qeyd edək ki, Türkiyə terror təşkilatı hesab etdiyi PYD-nin danışıqlar masasında əyləşməsinə indiyə kimi qarşı çıxıb və bundan sonra da buna imkan verməyəcəyini bəyan edib. Ötən gün isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın şərqində keçiriləcək əməliyyatların anonsunu verib.

Tarix
2018.10.13 / 13:35
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yandeksdən İsrail, Türkiyə və NATO-ya zərbə

Əqidədaşları Sərkisyanı partiyadan da qovur

Ermənistandan daha bir eks-nazir qaçdı

Ukrayna kəşfiyyatı bu sazişdən çıxdı: Rusiyaya qarşı...

Tramp vəliəhdlə bağlı son nöqtəni qoydu

Arvadı 66 maşın aldı, məmuru işdən qovdular

Mühacirət “Top-5”-i: Türklər və iranlılar rekord qırır

ABŞ Çinə qarşı texnoloji savaş başladacaq

ABŞ “Ukrayna xalqının soyqırımı”nı tanıdı

Ukrayna erməni biznesmenləri axtarışa verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla