Yuxarı

Bolqarıstan prezidentindən jurnalistin ölümünə reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Televiziya jurnalisti Viktoriya Marinovanın qətlə yetirilməsi hüquq-mühafizə orqanlarına etibarın azalması ilə nəticələnib.

Axar.az xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev bildirib.

"Hüquq-mühafizə və məhkəmə orqanları yalnız Bolqarıstan vətəndaşlarına deyil, ölkənin beynəlxalq tərəfdaşlarına nümayiş etdirməlidir ki, belə cinayətlər ölkədə tez bir zamanda araşdırılır və günahkarlar qanunun tam ciddiliyi ilə cəzalandırılır, - prezident söyləyib.

Qeyd edək ki, oktyabrın 6-da Bolqarıstanın Ruse şəhərində regional “TVN” telekanalının aparıcısı Viktoriya Marinova qətlə yetirilib. İstintaqçıların fikrincə, cinayətin səbəbi jurnalistin iş fəaliyyəti, xüsusilə, apardığı jurnalist araşdırması ilə əlaqədar ola bilər. Jurnalistin son araşdırması GPGate adlı Avropa İttifaqı fondlarının mənimsənilməsi işi barədə olub.

V.Marinovanın qətlində şübhəli bilinən 21 yaşlı Severin Krasimirov oktyabrın 9-da Almaniyada həbs olunub. Onun ölkəsinə ekstradisiya edilməsi gözlənilir. Bolqarıstanda ona qiyabi olaraq qətl və təcavüz maddələri üzrə ittihamlar irəli sürülüb. Bu cinayətə görə S.Krasimirov ömürlük həbs cəzası ala bilər.

Tarix
2018.10.16 / 02:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla