Yuxarı

Pravoslavlıq parçalandı: Moskva Konstantinopoldan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:50

Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Konstantinopol Patriarxlığı ilə əlaqələrini kəsib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rus Pravoslav Kilsəsinin nümayəndəsi Volokolamski İlarion deyib. Onun sözlərinə görə, Konstantinopol Patriarxlığı ilə münasibətlər yalnız Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyini tanımaqdan imtina edəcəyi halda bərpa ediləcək.

***

Konstantinopol Patriarxlığı bütün pravoslav kilsələrinin mərkəzi olmaq haqqını itirib.

Bunu jurnalistlərə açıqlamasında Moskva Patriarxlığının Xarici Kilsələrlə Əlaqə şöbəsinin rəhbəri mitropolit Volokolamski İlarion deyib.

“Artıq yeni reallıq yaranır. Bizim pravoslav kilsələrini koordinasiya edən vahid mərkəzimiz yoxdur. Konstantinopol Patriarxlığı bir mərkəz kimi özünü yox edib”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Konstantinopol Patriarxlığı Ukrayna Pravoslav Kilsəsinə avtokefaliya verilməsi prosesini başladıb. Üstəlik, patriarxlıq Moskvanın Ukrayna Pravoslav Kilsəsinə mitropolit təyin etmək haqqını da əlindən alıb. Konstantinopol Patriarxlığının bu addımı Moskvanın sərt reaksiyasına səbəb olub. Moskva Patriarxlığı Konstantinopola cavabın çox sərt olacağını bildirib.

Bu, Moskva ilə Konstantinopol arasında ilk belə hal deyil. 1996-cı ildə tərəflər arasında münasibətlər Eston Pravoslav Kilsəsi ucbatından pozulmuşdu. Belə ki, arxiyepiskop Varfolomeyin Eston Pravoslav Kilsəsini öz yurisdiksiyasına almaq istəməsi Rus Pravoslav Kilsəsinin etirazına səbəb olmuş və tərəflər arasında əlaqələr kəsilmişdi. Lakin vəziyyət bu halda yalnız bir neçə ay qalmışdı.

Ukraynada üç böyük kilsə var. Bunlar Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi, Kiyev Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi və Ukrayna Avtokefal Pravoslav Kilsəsidir. Əgər Ukrayna Pravoslav Kilsəsi müstəqil olsa, o zaman Rus Pravoslav Kilsəsi öz gəlirlərinin üçdə birindən məhrum olacaq. Digər tərəfdən, bəzi ekspertlər kilsəyə müstəqillik verilməsinin Ukraynada müəyyən toqquşmalara səbəb yaradacağını da iddia edirlər. Onların fikrincə, bu, həm də Rus Pravoslav Kilsəsinin Şərqi Avropadakı pravoslavlar arasında mövqelərinin itirilməsinə şərait yaradacaq.

Tarix
2018.10.16 / 15:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla